“… Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de.” (Ali İmran surəsi, 41)
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.” (Əraf surəsi, 205)
“…Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rəd surəsi, 28)
İman edən bir insan Allahın Quran ilə insanlara bildirdiyi həqiqətlərə könüldən inanmış, bütün həyatını bu həqiqətlərə görə yaşamağa qərar vermiş deməkdir. Allahdan başqa bir güc olmadığına, taleyin, axirətin haqq olduğuna, dünya həyatının imtahan yeri olduğuna və hər insanın Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaqla məsul olduğuna qəti qərar vermişdir. Bu imanı nəticəsində bir insan, həyatı boyunca artıq Quran ilə bildirilən bütün bu həqiqətləri dərk edərək yaşayar. Hər anını bu məlumatlar işığında, Allahın ən razı olacağı əxlaqı göstərərək keçirər.
Ancaq yenə də insanın, “necə olsa mən bütün bu həqiqətləri bilirəm, bütün bunlara könüldən inanıram” deyərək, bu mövzular üzərində dərin düşünməyi bir kənara buraxmaması lazımdır. İnsanın səhər yuxudan oyandığı andan etibarən, gün boyunca dərhal hər saat, hər dəqiqə ağlından bütün imanı həqiqətləri təkrar düşünməsi ona çox daha üstün əxlaq qazandırar. Allaha olan sevgisini, Allah qorxusunu, hər şeyin Allahın idarəsində olduğunu bilməsindən qaynaqlanan təvəkkülünü, özünün isə Allahın yaratdığı və Onun hakimiyyəti altında hərəkət edən aciz və möhtac bir varlıq və yalnız Allahın yaratdığı bir görüntüdən ibarət olduğunu hər dəqiqə yenidən düşünməlidir.
Dünya həyatının çox qısa olub çox sürətlə tükəndiyini, insanın sürətlə yaşlanmağa doğru getdiyini, gənc, yaşlı demədən ölümün insan üçün an məsələsi olduğunu, hər hadisənin insanın sınanması üçün yaradıldığını, əsas Allahın razılığını və sonsuza qədər Rəbbimizin sevgisini qazana bilməyi, axirəti, müsəlmanlarla orada sonsuz birlik içində yaşamağı məqsəd qoyduğunu tez-tez xatırlamalıdır. “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir…” (Saff surəsi, 4) ayədə xatırlandığı kimi, bütün müsəlmanların, sanki tək bir bədən kimi bir-birlərinin parçası; ən yaxın dostları və vəlisi olduğunu düşünmək çox əhəmiyyətlidir.
Bütün bu həqiqətləri bilmək və bunlara inanmaq qədər, bunları tez-tez yenidən düşünmək, dərinləşdirmək ya da zikr etmək də müsəlmanın həm əhəmiyyətli bir məsuliyyəti ,həm də özünü daha gözəl əxlaqa çatdıracaq çox vacib vəsilədir.

