İnsan bir şeyi bütün səmimiyyəti ilə istəyərsə, mütləq çıxış yolu tapır. Amma natamam şəkildə istəyərsə, çıxış yolu qarşısında olsa belə onu görməz və ya görməməzliyə vurar. Bunun səbəbi isə bu insanın bütün səmimiyyəti ilə çıxış yolu axtarmamağıdır.
Bu, insanın özünü aldatma üsullarından biridir. İnsan özünü bəzən, əlindən gələn hər şeyi etdiyinə, hər bir yolu sınadığına, amma nədənsə istədiyi nəticəyə gəlmədiyinə inandırır. Halbuki əslində daxilində bunun belə olmadığını bilir. Həqiqətdə əlindən gələn hər şeyi etməmişdir. Həqiqətən də istədiyi nəticəni almaq istəyirsə, əslində nə etmək lazım olduğunu da bilib, həyata keçirəcək imkanlarına sahibdir. Ancaq daha dərindən araşdırıldıqda onun bu çalışmasını əngəlləyən səbəblə bu bilgini qulaqardına vurur.
Bəzən belə xarakterə sahib insanlar, bu məsələni həqiqətən də həll etmək istəyirlər. Amma daxilində müxtəlif səbəblərdən qaynaqlanan kin və nifrət və ya haqlı olmaları, lazımı qədər səy göstərmələrinə əngəl törədir. Özlərini haqlı görmələri mübarizə əzmini qırır. Onlar hər nə qədər də bu məsələni aydınlığa çıxartmaq istəsələr belə, hisslərinin əsiri olduqlarından lazımı dərəcədə səy göstərə bilmirlər.
Belə ki, bu insanlar “olsa olar, olmazsa da olmaz” məntiqinə uyğun hərəkət edənlərdir. Məlum olur ki, məsələnin nəticəsi bu insanlara o qədər də maraqlı deyildir. Güzəştə getmədən, nəfsinə qalib gəlmədən, əmək sərf etmədən, özünü çətinə salmadan bu nəticəyə gələcəksə, əlbəttə hamı kimi o da istəyir. Amma əslində o qədər də könüllü deyildir. Bu səbəbdən də əlindən gələni etmir. Əgər bir insan həqiqətən istəmiş olsa, içindəki nifrəti, kini və ya bu yolda hərəkət etməsinə maneə törədəcək hər cür hisslərə üstün gələcək dayanıqlılığı göstərə bilər və hər cür əngəli dəf edə bilər.

