Həlim və bağışlayıcı olmaq

Müsəlmanların ən əsas xüsusiyyətləri təvazökar, bağışlayıcı və sevgi dolu olmalarıdır

Müsəlmanların ən əsas xüsusiyyətləri təvazökar, bağışlayıcı və sevgi dolu olmalarıdır. Bütün peyğəmbərlərin ən diqqət çəkən xüsusiyyətlərindən biri də budur. Müsəlmanlar Allahın razı qaldığı elçiləri özlərinə nümunə götürməlidirlər. Belə ki, hər müsəlman eynilə Rəsulullah və digər peyğəmbərlər kimi həlim və bağışlayıcı olmalıdır.

Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. (Bələd surəsi, 17-18)

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)

Xoş söz demək və xətaları bağışlamaq minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. (Bəqərə surəsi, 263)

Əgər bir xeyiri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə Qadirdir. (Nisa surəsi, 149)

Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan biri idi. (Hud surəsi, 75)

Peyğəmbərimiz də möminlərə mərhəmətli, bağışlayıcı və həlim olmalarını buyurmuşdur:

“Mərhəmət edin, mərhəmət olunasınız. Bağışlayın, bağışlanasınız. Heyf, söz aparıb-gətirənlərə. Heyf, günahlarını bilərək yenə də davam edib bağışlanmaq istəməyənlərə.” (Ramuz Əl Hadis, 1-ci cild)

“Allah rəfiqdir (mərhəmətli və şəfqətli), mülayimliyi sevir və mülayimliyə qarşılıq olaraq verdiyini başqa heç bir şeylə verməz”. (Kütübi Sitte. Muhtasarı Tercüme ve Şerhi, 7-ci cild)

“Həlimlik hər işi mütləq gözəlləşdirər. O, bir şeydən götürülsə, onu çirkinləşdirər.” (Müslim; Əbu Davud)