Hekayələrdəki hikmətləri başa düşməmək

Allah Quranda müxtəlif mövzuları nümunə və bənzətmələrlə izah edir

Allah Quranda müxtəlif mövzuları nümunə və bənzətmələrlə izah edir. Bu nümunə və bənzətmələr də əksərən əvvəllər gəlmiş peyğəmbərlərin və ya elçilərin həyatından və ya Quranın endirilməsindən əvvəl yaşanmış müxtəlif hadisələrdən nəql edilən məlumatlardır. Bu səbəbdən də Quranda yer alan bu cür hekayələr insanlar üçün bir çox ibrət, nümunə, işarə və hikmətlər daşıyar.

Halbuki ağlını işlədə bilməyənlərin nağıl zənn etdikləri hekayələr, möminlərə yol göstərən saysız-hesabsız dəyərli məlumat və nümunələrlə doludur. Allah hər dövrdə möminlərin başlarına gələ biləcək hər cür hadisə və şərti əvvəlki peyğəmbərlər və qövmlərin yaşadıqlarından müxtəlif nümunələr verərək izah edir. Bu hekayələr saysız-hesabsız İlahi hikmət ehtiva edərlər; bunlardan bir neçəsini belə saya bilərik:

  • Allahın möminlərin və inkar edənlərin üzərində hökm sürən və dünya yaranandan bəri dəyişməyən qanunlarını göstərmək;
  • Möminlərin hər dövrdə qarşılaşdığı hadisələr, imtahanlar, çətinliklər qarşısında nə edəcəklərini, necə davranacaqlarını, nə cür reaksiya vermələri və əxlaq göstərəcəklərini izah edir. Hər mövzuda möminlərə yol göstərmək.
  • Möminlərin şövqlərini artırmaq.
  • İnkar edənləri xəbərdar edib doğru yola dəvət etmək və bu dəvətə tabe olmayanların aqibətini xatırlatmaq.
  • Qiyamətə qədər Qurana tabe olan möminləri dünyada və axirətdə gözləyən gözəl aqibət ilə müjdələmək.

Bu hikmətləri dərk edəcək ağıl və qavrayışdan məhrum olan insanlar isə öz zəif ağıllarına görə Quranı nağıl kitabı kimi görər, hekayələrdəki hikmətləri görə bilməzlər.