Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hz. Mehdinin hələ xalq tərəfindən tanınmadığı ilk dövrlərində fəaliyyətlərini gizli olaraq reallaşdıracağı bildirilmişdir:
Gecələri ibadətlə məşğul olub, gündüzləri gizli olacaq… (Ukayli “en-Necmus-sakıb fi Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbu Talib Alət-temam vəl kamal”)
Hz. Mehdinin gəldiyi dövr əxlaqi degenerasiyanın çox ciddi ölçülərə çatdığı, inkar edənlərin din əxlaqına və inananlara qarşı çox şiddətli bir düşmənlik bəslədikləri, gizli və açıq fəaliyyət edəcəkləri, çox çətin dövrdür. Belə bir dövrdə insanlardan gizli qalması və tanınmamağı, hz. Mehdinin inkar edənlərin hücumlarından qorunmasına vəsilə olacaq.
Bu dövr, hz. Mehdinin inkarçı və müşrik sistemlərlə çox böyük fikri mübarizə icra etdiyi, din əxlaqının yayılması üçün dünya səviyyəsində fəaliyyət etdiyi bir dövr olacaq. İnsanların əksəriyyəti tərəfindən tanınmamağı, fəaliyyətlərinin ilk illərində hz. Mehdi üçün çox böyük bir asanlıq təmin edəcək, İslam əxlaqının insanlar tərəfindən qəbulunu da sürətləndirəcək (doğrusunu Allah bilir).

