Axırzamanda texnoloji sahədə yaşanan hər inkişaf, tibb sahəsində fövqəladə tərəqqiyə gətirib çıxaracaq. Qızıl əsrdə yaşanan hər cür elmi və texnoloji inkişaf tibbi işləri sürətləndirəcək, Allahın icazəsiylə səhv etmə payını çox aşağı səviyyəyə salacaq, insanların bir çox xəstəliyə tutulma riskinin qarşısı alınacaq, xəstəliklərə diaqnoz qoyulması asanlaşacaq və müalicə imkanları artacaq.
İnsan həyatına və sağlamlığına böyük əhəmiyyət veriləcək, insanlar həkim, ya da dərman tapa bilmədikləri, ya da gec və ya səhv müalicə edildiyi üçün çarəsizlik yaşamayacaq, hər ehtiyacı olana həmin anda kömək ediləcək. Hər hansı bir insan ayrı-seçkiliyi edilmədən, kasıb-zəngin, yaşlı-gənc demədən, hər kəsin sağlamlıq problemlərinə çox böyük diqqət göstəriləcək. Bütün insanların sağlamlığı üçün mövcud olan bütün imkanlar istifadə ediləcək, hər cür ehtimal qiymətləndiriləcək.
Lazım olan hər cür maddi-mənəvi asanlıqlar da təmin ediləcək. Xəstəxanalar, dərmanlar, müalicələr ödənişsiz hala gətiriləcək, köməyə və baxıma möhtac insanların ehtiyacları onlara heç hiss etdirilmədən ən mükəmməl şəkildə aradan qaldırılacaq.
Bütün insanların sağlam həyat yaşaya bilmələri üçün elmin və texnoloji inkişafların işığında bəslənmə siyasətləri ən mükəmməl hala gətiriləcək. Yeməklərdəki hər cür zərəri aradan qaldıracaq iş və elmi araşdırma ediləcək. Yeməklərin xolesterolunu, ya da sağlamlığa zərərli digər yönlərini ortadan qaldıracaq elmi metodlar inkişaf etdiriləcək. Orqanizmə zərər verən hər cür yemək və içki ilə əlaqədar tədbir görüləcək, insanların keyfiyyətli və təmiz qidalarla bəslənmələri təmin ediləcək. Bunun nəticəsində də infarkt və yüksək təzyiq kimi səbəblərə söykənən ölümlər azalacaq, insanların ömürləri görülməmiş bir şəkildə uzanacaq (doğrusunu Allah bilir).
Bəslənməklə birlikdə bütün cəmiyyətlər sağlam bir həyat üçün idmanın lazımlılığı mövzusunda da şüurlandırılacaq, gümrah və idmançı bir quruluş yaradılmasıyla bir çox xəstəliyin önlənməsi təmin ediləcək. Bunlarla yanaşı, insanların yaşadıqları hadisələrə qarşı təvəkküllü olmaları, bir-birlərinə qarşı sevgi və tolerant əxlaq göstərmələri nəticəsində psixoloji xəstəliklər də ortadan qalxacaqdır (doğrusunu Allah bilir).
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Qızıl əsrdə tibb və sağlamlıq sahəsində reallaşacaq olan bütün bu inkişaflara işarə edilmiş və bu dövrdə insanların “ömürlərinin uzanacağı” belə bildirilmişdir:
Onun zamanında… ömürlər uzanacaq və əmanət itməyəcək. Pislər həlak olacaq, Peyğəmbərimiz (s.ə.v)-a nifrət edəcək kimsə qalmayacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
Ömürlər uzanacaq, əmanətlər yerinə təslim ediləcək. (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm və Diriliş, səh. 169, 179)

