Hədislərdə Mehdiyyətlə bağlı verilən məlumatlar – 8

1) Tövbə surəsinin 32-ci ayəsindəki verilən vəd, hz. Mehdi zühur etdikdə yerinə yetəcək. “Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq inkar edənlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.” (Tövbə surəsi, 32)

2) Zuxruf surəsinin 66-cı ayəsində qiyamətin qəfildən gəlişi, hz. Mehdinin qəfildən zühuruna işarədir.

3) Hz. Mehdinin dəccaliyyətlə mübarizəsi fikri və mənəvi mübarizə olacağına görə, Allahın icazəsi ilə qalibiyyəti də, fikri və mənəvi olacaqdır.

4) Hz. Mehdi mal-dövləti saymadan hər kəsə verəcəkdir

5) Müxtəlif ölkələrdən bir çox alim, bir-birlərindən xəbərsiz, hz. Mehdini axtarmaq məqsədilə yollara çıxacaq və sonunda Məkkədə toplaşacaqlar. Bir-birlərindən niyə bura gəldiklərini soruşduqda belə cavab verəcəklər: “Fitnənin qarşısını alacaq və Konstantinopolu (İstanbulu) fəth edəcək Mehdini axtarırıq.”

6) Hz. Mehdi İstanbulu mənəvi olaraq fəth edəcəkdir.

7) Hz. Mehdinin üzündəki xal, hz. Musanın üzündəki xala bənzəyir, dərisi də parlaqdır.

8) Hz. İsaya ən çox bənzəyən şəxs də hz. Mehdi olacaqdır. Allah Peyğəmbərlərə verdiyi əzəməti və heybəti hz. Mehdiyə də verəcək.

9) Hz. Mehdi həm görünüş həm də əxlaqi cəhətdən hz. İsaya çox oxşar olacaqdır.

10) Peyğəmbərimiz buyurub: “Məndən sonrakı vəkillərim və Allahın şahidləri 12 nəfərdir. Bunların ilki Əli, sonuncusu da Mehdidir.”

11) Hz. Mehdi, müxaliflərinin qəlbində qorxu və heyranlıq oyandırmaq üçün Allahdan kömək alacaq.

12) Hz. Mehdi dövründə quraq torpaqlar yaşıllanacaq və insanlar əvvəlcə bənzəri görülməmiş şəkildə rəhmət altında olacaqlar.