Hədislərdə Mehdiyyətlə bağlı verilən məlumatlar – 7

1) Hz. Mehdi dünyada çox böyük zənginlik quracaqdır.

2) Peyğəmbərimiz hz. Mehdi üçün “dinin ustadı” demişdir.

3) İnsanlar Peyğəmbərimizdən həmişə hz. Mehdi haqqında danışmasını istəmişlər.

4) Hər çətin iş hz. Mehdi üçün asanlaşdırılıb.

5) Dünyanın uzaq yerlərindən 313 nəfər gəlib hz. Mehdinin ətrafında toplanarlar. “Harada olursunuz olun, (axirətdə) Allah sizin hamınızı bir yerə toplayacaqdır.” (Bəqərə surəsi, 148) ayəsi həm də buna işarədir.

6) Hz. Mehdi, dinsizliyin şəhərlərini mənəvi olaraq fəth edəcəkdir.

7) Hz. Mehdi bütün xəzinələri çıxaracaqdır.

8) Hz. Mehdini gözləyərək əməllərini ən yüksək təqva və ən gözəl əxlaqla yerinə yetirənlər, hz. Mehdini gözləyənlərdən sayılırlar. Əgər belə bir insan hz. Mehdinin çıxışından əvvəl ölsə, hz. Mehdinin çıxışına şahid olmuş kimi mükafat alar.

9) Həcc surəsinin 41-ci ayəsi hz. Mehdinin tələbələrinə işarədir:

“Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.” (Həcc surəsi, 41)

10) Allah hz. Mehdi tələbələrini dünyanın Şərqinə və Qərbinə hakim edəcək.

11) Ənbiya surəsinin 105-ci ayəsi, hz. Mehdi tələbələrinə işarədir:

“Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” – deyə yazmışdıq.” (Ənbiya surəsi, 105)

12) Hz. Mehdi zühur etdiyində azğınlıqdan əsər-əlamət qalmayacaq.