Hədislərdə Mehdiyyətlə bağlı verilən məlumatlar – 6

1) Hz. Mehdinin zühurunu gözləyənlər ona kömək edənlər kimidirlər.

2) Hz. Mehdinin zühuru anidən olacaq.

3) Hz. Mehdinin köməkçiləri və onu gözləyənlər, Peyğəmbərimizin yanında həyatını fəda edən şəhidlər kimidirlər.

4) Hz. Mehdi, Peyğəmbərimiz kimi şirki yox edib İslamı yenidən hakim edəcəkdir.

5) Peyğəmbərimiz, Hz. Mehdi ilə bağlı dediyi sözləri inkar edənləri Allaha şikayət edəcəyini deyib.

6) Peyğəmbərimiz, hz. Mehdinin xasiyyətinin və davranışlarının eynilə özününkü kimi olduğunu bildirib.

7) Peyğəmbərimiz buyurub: “Mehdiyə itaət edən mənə itaət edər, ona üsyan edən mənə üsyan edər, zühurundan əvvəl onu inkar edən məni inkar edər, onu yalanlayan məni yalanlayar, onu təsdiq edən məni təsdiq edər.”

8) Bütün imamları qəbul edib Hz. Mehdini inkar edən bütün peyğəmbərləri qəbul edib hz. Məhəmmədi inkar edən kimidir. Və Peyğəmbərimiz belə demişdir: “Birincimizə itaət edən sonuncumuza itaət edən kimidir, sonuncumuzu (Hz. Mehdini) inkar edən də birincimizi inkar edən kimidir.”

9) Hz. Mehdinin Allahın qoruduğu şəxslərdən başqa hamının şübhəyə düşəcəyi qeyb dövrü olacaqdır.

10) Hz. Mehdi üçün 9313 mələk enəcək və bu mələklər, Hz. İsa göyə yüksələrkən onunla birlikdə olan mələklərdir.

11) Hz. İsa hz. Mehdinin arxasında namaz qılacaqdır.

12) Hz. Mehdinin hz. İsa ilə bənzərliyi: Ölmüş olmadığı halda ölmüş olaraq bilinməsidir.