Hədislərdə Mehdiyyətlə bağlı verilən məlumatlar – 5

1) Hz. Mehdinin, dünyanı ədalətlə doldurana qədər Mehdi adı ilə xatırlanmasına icazə yoxdur.

2) Hz. Mehdinin doğumu gizlidir

3) Peyğəmbərimiz hz. Əliyə, hz. Mehdinin əsl adını bildirmiş amma bunu gizli saxlamasına dair söz verməsini istəmişdir.

4) Bəziləri hz. Mehdinin zühurunu, öz ağıllarına görə ələ salacaqlar.

5) Hz. Mehdi uzun illər ortadan qeyb olacaq, ixlas sahibləri onun ortaya çıxmasını gözləyəcək, şübhəyə düşənlər isə onun zühurunu inkar edib lağ edəcəklər.

6) Hz. Mehdi ailəsindən və yaşadığı şəhərindən uzaqlaşıb onlardan ayrı yaşayacaq.

7) Hz. Mehdi, hakimlərin rüşvət aldığı və insanların əxlaqsız olduğu bir dövrdə çıxacaq.

8) Hz. Mehdinin zühurundan öncəki qeyb dövrü uzun olduğu üçün, sadəcə tək bir qrup qərarlı olacaq və başqa bir qrup: “Hz. Mehdi hələ doğulmayıb” deyəcək. Başqaları da “doğuldu və öldü” deyəcəklər. Bir başqaları da, “İmam Mehdi başqasının vücudunda yenidən gəldi və danışır” deyərək günaha girəcəklər.

9) Hz. Mehdi zühur etdiyində, ətrafında 313 nəfər tərəfdar toplanacaq.

10) Hz. Mehdi Allahın dəlillərindəndir

11) Yəhudilər, xristianlar və Allahdan başqasına ibadət edənlər hz. Mehdiyə iman edəcək və hamısı tək ümmət olacaqdır.

12) Hz. Mehdinin tələbələri arasında olmaq istəyənlər, mütləq şəfqətli və gözəl əxlaqlı olmalı, yaxşı davranışı mənimsəməlidirlər.