1) Hz. Mehdinin üzü, ismətin nuru ilə doludur və çox görkəmlidir.
2) Hz. Mehdinin əleyhinə yazılar yazılacaq və ona sui-qəsd təşkil ediləcək.
3) Mülayimlik hz. Mehdinin xarakterik xüsusiyyətidir.
4) Hz. Mehdi dinin nizamıdır, müsəlmanların şərəfidir. Heç kəs onun səviyyəsinə çata bilməz, heç bir alim onunla özünü müqayisə edə bilməz.
5) Hz. Mehdi heç bir suala cavab verməkdə çətinlik çəkməz. Əsla ağzından doğru olmayan və isabətsiz cavab çıxmaz. Sözləri etibarlıdır.
6) Hz. Mehdi möminlərin şərəfidir. Allahın qoyduğu qanunları hakim edər. İnsanları Allahın dininə hikmət, gözəl öyüd və qəti sübutlarla dəvət edər.
7) Hz. Mehdi zil qaranlıqlarda, Allahın icazə ilə yol göstərən ulduz kimidir.
8) Hz. Mehdidən ayrılanlar qəti həlak olarlar.
9) Hz. Mehdi, istiqanlı bir yoldaş və dostdur. Şəfqətli mənəvi ata və qardaşdır. Fəlakətlərin dörd bir tərəfdən hücum etdiyi dövrlərdə Allahın bəndələrinin sığınacağıdır.
10) Hz. Mehdinin üzü parıldayan ulduz kimidir. Yer üzündəki xəzinələri çıxarar və şirk şəhərlərini (mənəvi olaraq) fəth edər.
11) Hz. Mehdinin zühurunu istəmək və gözləmək ibadətdir.
12) İnsanlar hz. Mehdidən, onun zühurundan əvvəl də faydalanacaqlar. Buludların arxasında qalan Günəşdən faydalandıqları kimi faydalanacaqlar.
