Hədislərdə Mehdiyyətlə bağlı verilən məlumatlar – 3

1) Hz. Mehdi Allahın halalını halal, haramını haram edəcək. Allahın düşmənlərindən intiqam alacaqdır.

2) Peyğəmbərimiz, hz. Mehdini sevənləri də sevdiyini söyləmişdir.

3) Hz. Mehdi “Əssəlamu Aleykum ya Bakiyyətullah” deyə salamlanacaq.

4) Hz. Mehdinin zühuru mütləq və dəyişməz taledir.

5) Zəlzələlərin çoxalması hz. Mehdinin çıxış əlamətlərindəndir.

6) Hz. Mehdi, insanların düşüncələrinə təsir edəcəkdir.

7) Hz. Mehdi elmi ilə hökm verəcək, hər hansı bir dəlilə ehtiyac duymayacaq.

8) Hz. Mehdiyə bütün gizli olan şeylər göstərilib.

9) Hz. Mehdinin “Əl-Qaim” adlandırılmasının səbəbi budur: İnsanlar öldüyünü iddia etdikdən sonra böyük əmrlə qiyam (zühur) edəcəkdir.

10) Hz. Mehdi geniş bədənlidir və heyranlıq oyandıran cazibəyə sahibdir.

11) Hz. Mehdi, yaşına görə gənc görünəcəkdir. Ona baxan biri, yaşının qırx və ya daha az olduğunu təxmin edəcək.

12) Hz. Mehdinin hz. Nuhla bənzərliyi vardır. Bu bənzərlik, ömrünün uzun olmasıdır.