Hədislərdə Mehdiyyətlə bağlı verilən məlumatlar – 2

1) Hz. Mehdinin zühurundan əvvəl dinlərinə bağlı qalanlar, əllərini tikanlı budağa sürtənlər kimi olacaqlar (İmanı əldə saxlamaq çətin olacaqdır).

2) Axırzamanda insanların böyük hissəsinin imanı çox zəif olacaqdır.

3) Axırzaman möminləri imtahanlardan keçiriləcək və ələnəcəklər.

4) Mübarək Peyğəmbərimiz, hz. Mehdinin israrla izah edilməsini insanlara buyurmuşdur. İnananlara daha çox izah edilməsini, inanmayanları diqqətə almamağı demişdir.

5) Hz. Mehdi “təmiz olan”, “təmiz olanın oğlu”, və “təmiz edən”dir.

6) Hz. Mehdi, Allahın Cəlalı qarşısında təvazökar və huşu edəndir. Allah və Onun Ucalığı hz. Mehdinin vücudunda təzahür etmişdir. Hz. Mehdi Allahın varlığında yox olmuşdur.

7) Allah, ümmətin dağılmasını hz. Mehdinin əli ilə birləşdirəcəkdir.

8) Hz. Mehdi elə bir dənizdir ki, o dənizdə insanlar elm və əxlaq cəhətdən inkişaf edə bilərlər.

9) Hz. Mehdi kinlə dolmuş xalqı təmizləyən mədən kimidir.

10) Hz. Mehdi ölümdən qorxmaz, ölüm ona gəldiyində dayanıqlı olar, mübarizə meydanından əsla geri çəkilməz. Təcrübəlidir, qalibdir, müzəffərdir, aslandır, sağlamdır, qövmün dirəyidir, cəsurdur, Allahın elm qılıncıdır, liderdir.

11) Hz. Mehdi Allahın icazəsi ilə, insanların imdadına yetişəcəkdir.

12) Allah Peyğəmbərimizə, Meracda hz. Mehdini və digər imamları göstərmişdir. Peyğəmbərimiz hz. Mehdi üçün “Mehdi onların arasında parıldayan ulduz kimi idi” demişdi.

blank