Hədislərdə işarə edilən zəlzələ və yer çökmələri

“Qiyamət əlamətlərinin ilki YER ÇÖKMƏLƏRİDİR.”

“…ZƏLZƏLƏLƏR və YERƏ BATMALAR olar.”

“Şamda (Ərəb yarımadasının şimalındakı Suriya və Cənub-Şərqi Anadolu bölgəsində) bir zəlzələ olar, 100 MİNDƏN ÇOX adam ölər… Bu, BÖYÜK ACLIQ (qıtlıq, yoxsulluq, quraqlıq) və QIRMIZI ÖLÜM (ölümcül epidemiya xəstəlik) dövrüdür.”

ŞİMALDA QUYRUQLU ULDUZUN zühur etməsi dövründə GURULTULU QIRILMA VƏ YARILMA baş verər… Bir quyruqlu ulduz görülər; Ayın parlaqlığı kimi parlaqdır. GECƏ, 2 İSTİRAHƏT VAXTI ARASINDA, 2 ZƏLZƏLƏ olar… Bununla birlikdə şiddətli bir səs olar, ŞƏRQDƏ BAŞ VERƏR. İnsanlar bu səbəbdən şiddətli bəlalara uğrayarlar.

“Yaxında, ŞİDDƏTLİ SARSINTILAR İLƏ YIXILMAMIŞ EV TAPA BİLMƏYƏCƏKSİNİZ.”

“ZÜLMLƏR (HAQSIZLIQLAR, ƏDALƏTSİZLİKLƏR) OLDUĞU ZAMAN, EVLƏRİN YANLARI YERİN DİBİNƏ BATAR.”

“Bir başqası da, ŞƏRQDƏKİ SİLKƏLƏNMƏDİR. Bu, ŞƏRQDƏKİ SİLKƏLƏNMƏ ilə silib-süpürən dağıntıdır.”

(MƏNBƏ: “Kitabul-Fitən”, Nuaym ibn Həmmad / “Qeybəti Nümani”, Şeyx Məhəmməd ibn İbrahimi Nümani / “Ölüm-Qiyamət-Axirət və Axirzaman əlamətləri”, İmam Şərani)