Hz. Mehdi, quru bir ağacı əkdiyində də ağac dərhal yaşıllanıb yarpaqlanacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 43)
O (Mehdi) quru bir qamış ağacını quru bir yerə əkəcək, dərhal yaşıllanıb yarpaq verəcək. (Qiyamət əlamətləri, səh. 165)
Mehdi bir yerə quru budağı əkər və budaq yarpaqlanıb yaşıllanar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 67)
Bir şərhi budur ki:
Hz. Mehdi, “quru bir ağaca bənzədilən bir insana lütfkarlığı ilə və onu irşad etməsiylə; əvvəllər eyni quru bir ağac kimi ətrafına faydalı ola bilməyən belə bir insanın, bu səfər yaşıllanmış və meyvə vermiş bir ağac kimi ətrafına, yəni dininə və bütün insanlığa faydalı hala gələcəyinə işarə edilmişdir (doğrusunu Allah bilir). Aşağıdakı hədisi-şərifdə də bənzər bir şəkildə; əvvəllər cahil, xəsis və qorxaq olan bir insanın, Axırzamanın böyük mürşidinin irşad və tədrisiylə (dərs verməsiylə) inşaAllah elmli, comərd və cəsur bir hala gələcəyinə, sanki əvvəllər quru və faydasız olan bir ağacın yaşıllaşıb yarpaq verməsi kimi şəxsiyyətini dəyişdirəcəyinə işarə edilmişdir (doğrusunu Allah bilir).
Əsrində cahil, xəsis və qorxaq olan bir insan dərhal alim, comərd və cəsur olacaq. (Qiyamət əlamətləri, səh. 186)
İmam Rəbbani həzrətləri də əsərlərində ona verilən gücü eyni bənzətmə ilə ifadə edir:
Allahı Təala, hidayət işində; mənə böyük bir güc verdi. O qədər ki: Quru bir ağaca lütfkarlıq etsəm; o quru ağac dərhal cücərər. (Məktubatı Rəbbani, 1/18)

