Hz. İsanın ortaya çıxdığı dövrdə hz. Mehdi, Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi yəni İslam aləminin mənəvi lideri sifətiylə dünya səviyyəsindəki bütün müsəlmanlar arasında İslam Birliyini təmin etmiş olacaq və bu birliyin başında lider mövqeyində olacaq. Peyğəmbərimiz (s.ə.v)-in bir çox səhih hədisində hz. İsanın da bu dövrdə ikinci dəfə yer üzünə gələcəyi; hz. Mehdi ilə birlikdə namaz qılacağı və hz. İsanın “imamlıq sənə verilmişdir” deyərək hz. Mehdini imamlığa şəxsən özünün keçirəcəyi bildirilmişdir. Bu hədislərdən bəziləri belədir:
Hz. İsa namazını hz. Mehdinin arxasında qılacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)
İmamları saleh insan olan Mehdi olduğu halda, Beytül Məqdisə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi bir sırada, bir də baxarlar ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. Mehdi, hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa onun çiyinlərinə əlini qoyar və ona deyər ki, “Keç önə namazı qıldır. Çünki qamət (namaza başlama işarəsi sənin üçün gətirilmişdir.” (Əbu Rəfidən rəvayət edilmişdir; İmam Şarani, Ölüm, Qiyamət, Axirət və Axırzaman əlamətləri, Bədir nəşriyyat, səh. 495-496) …Nəhayət Məryəm oğlu İsa müsəlmanların əmiri (hz. Mehdi) ona: Gəl bizə namaz qıldır, deyər. Bunun üzərinə İsa: Xeyr, Allahın bu ümmətə bir ikramı olaraq sizin bir qisminiz digər bir qisim üzərinə əmirsiniz, deyər. (Səhihi Müslim, cild 1, səh. 209) Hz. İsa səmadan nüzul edəcək və onun əmrliyini qəbul edəcək. Hz. İsaya “Bizə namaz qıldır” deyiləcək, ancaq o, “Əmir sizin içinizdədir” cavabını verərək, “Bu Allahın ümməti Məhəmmədə bir ikramıdır.” deyəcək. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24) Hz. Mehdi möminlərlə birlikdə Beytül Məqdisdə səhər namazı qılarkən, o sırada nüzul edən hz. İsanı təqdim edəcək və hz. İsa əllərini onun çiyninə qoyaraq, “Namazın qaməti sənin üçün gətirildi, buna görə sən qıldır” deyəcək və nəhayət hz. Mehdi, hz. İsa və möminlərə imam olaraq namazı qıldıracaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 25)

