Hədislərdə Hz. Mehdinin İnsanlar Arasındakı Kin, Düşmənlik Və Nifrəti Ləğv Edəcəyi Bildirilmişdir?

Hz. Mehdi vəsiləsiylə Quran əxlaqının bütün dünyaya hakim olması nəticəsində insanlar arasındakı kin, nifrət, düşmənlik kimi duyğular sona çatacaq, bütün yer üzünə barış və hüzur hakim olacaq. Peyğəmbərimiz (s.ə.v) Qızıl əsrin bu əhəmiyyətli xüsusiyyətini hədislərində belə xəbər verir:

Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Heç bir kimsə arasında bir düşmənlik qalmayacaq. Və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (Səhihi Müslim, 1/136)

Yer üzü zülm və düşmənliklə dolduqdan sonra, mütləq mənim Əhli Beytimdən biri çıxar. Və necə daha əvvəl zülm və düşmənliklə doluydusa, O dünyanı ədalətlə doldurar. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 11)

Hz. Mehdi, əvvəldən aralarında nifrət olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanmasına, bütün problemlərin sevgi və gözəl əxlaq ilə həllə qovuşdurulmasına vəsilə olacaqdır.