Hədislərdə Hz. Mehdinin Hakimiyyətinin Hansı Peyğəmbərlərin Hakimiyyətinə Bənzəyəcəyi Bildirilmişdir?

Quranda hz. Zülqərneyn və hz. Süleymanın yaşadıqları dövrlərdə yer üzündə geniş miqyasda təsirli olduqları xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində isə, hz. Mehdinin də hz. Zülqərneyn və hz. Süleyman kimi İslam əxlaqını bütün yer üzünə hakim edəcəyi xəbər verilmişdir:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 30)

Yer üzünə dörd insan malik olmuşdur. İkisi mömin, ikisi kafirdir. Möminlər, Zülqərneyn və hz. Süleyman, kafirlər isə Nəmrud və Buhtunnasırdır. Beşinci olaraq Əhli Beytimdən biri (hz. Mehdi) gələcək və o da dünyaya malik olacaq. (Kitabul Burhan Fi Əlamət-el Mehdiyy el Axırzaman, səh. 10)