Peyğəmbərimiz (s.ə.v), hz. Mehdinin əxlaqı və mübarizəsi ilə yanaşı, fiziki xüsusiyyətlərini də çox ətraflı olaraq təsvir etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi haqqındakı təsvirləri o qədər ətraflı və açıqdır ki, hz. Mehdi ortaya çıxdığında onu görənlər bu təsvirlərdən dərhal onu tanıyacaqlar.
Bir ayədə, Kitab Əhlinin Peyğəmbərimiz (s.ə.v)-i “uşaqlarını tanıyar kimi” tanıyacaqları bildirilir:
Özlərinə kitab verdiklərimiz, onu (peyğəmbəri), uşaqlarını tanıyar kimi tanıyarlar. Buna baxmayaraq içlərindən bir hissəsi, bildikləri halda gerçəyi gizləyərlər. (Bəqərə surəsi, 146)
Bu ayə işarə mənasında, hz. Mehdinin tanınmasına da işarə edir (doğrusunu Allah bilir). Hz. Mehdi də ortaya çıxdığında, Peyğəmbərimiz (s.ə.v)-in təsvirləri işığında, insanlar onu övladlarını tanıyar kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq bəzi insanlar, bu mübarək şəxsi tanımamazlıq edəcəklər və onu inkar edəcəklər.

