Kabdan rəvayət edildi ki: O, kimsənin bilmədiyi gizli bir gücün sahibi olduğu üçün ona Mehdi deyilmişdir. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman)
Bütün zahiri elmlər, istənildiyində hər kəs tərəfindən oxuyaraq, araşdırılaraq öyrənilə bilər. Bir də çalışılaraq əldə edilə bilməyən, ancaq Allahın bir lütfü olan və onu istədiyi quluna verdiyi “Vehbi” elm vardır. Yuxarıdakı rəvayətdə “kimsənin bilmədiyi” deyilərək hz. Mehdinin belə bir elmə sahib olduğu izah edilmək istənmiş ola bilər (doğrusunu Allah bilir).
Bu elmin “Ledün elmi” olması da ola bilər. Kəhf surəsində hz. Musa (ə.s) ilə hz. Xızır (ə.s) arasında keçən hekayədə, bənzər bir elmdən bəhs edilir. (Rəvayətlərdə bu şəxsin hz. Xızır (ə.s) olduğu izah edilər.)

