Hədislərdə Hz. Mehdinin Çıxışından Əvvəl Reallaşacaq Hadisələr Haqqında Məlumat Verilmişdir?

Hz. Mehdinin çıxışından əvvəl reallaşacaq olan hadisələr haqqında Peyğəmbərimiz (s.ə.v)-in bir çox hədisi vardır. Bu hədislər bir çox böyük İslam aliminin kitablarında bizlərə nəql edilmişdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdinin çıxışının əlamətləri olan bu hadisələri xəbər verən hədislər, yaşadığımız dövrün mühit və şərtlərini açıq şəkildə təsvir etməkdə və çox yaxın keçmişdə arxa-arxaya reallaşan bəzi kritik hadisələri möcüzəvi bir şəkildə xəbər verir.

Gərək hz. Mehdinin zühuru, gərəksə qiyamət əlamətləri ilə əlaqədar hədislərin ard-arda reallaşmaları müəyyən bir dövrə işarə edir. Və bütün əlamətlərin hicri 14-cü əsr başından (1979-1980) etibarən sırayla ortaya çıxmaları, yaşadığımız dövrün hz. Mehdinin yer üzündə mövcudluq illəri olduğunu çox dəqiq bir şəkildə ortaya qoyur (doğrusunu Allah bilir).