Hədislərdə verilən məlumatlara görə hz. Mehdi, özündən əvvəl göndərilmiş olan bütün mücəddidlərdən fərqli bəzi xüsusiyyətlərə sahib olacaq və bu xüsusiyyətləri daşımasıyla Axırzamanın böyük Mehdisi olduğu aydın ola biləcək. Hz. Mehdinin bu əhəmiyyətli xüsusiyyətləri arasında “ən böyük mücəddid” (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi) və “ən böyük müctəhid” (ehtiyac meydana gəldiyində ayələrdən hökm çıxaran böyük İslam alimi) xüsusiyyətlərini daşıması da olacaq.
Bu xüsusiyyətdəki böyük şəxslər, İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş, zamanın qütbü olmuş öndərlərdir. Bu öndərlərdən bəziləri ictihad etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm vermə xüsusiyyətlərindən ötəri “məzhəb öndərləri” olmuşlar; müsəlmanlar da onlara tabe olmuşlar. İmam Hənəfi, İmam Şafi, İmam Hənbəli, İmam Maliki bu öndərlərdən olub 4 məzhəbin qurucularıdır. Bütün əhli sünnə onların verdiyi hökmlərlə əməl edir. Bu müctəhid və mücəddidlərin ən böyükləri isə hz. Mehdi olacaq.
Bu da hz. Mehdinin ictihad etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm verməyə ən səlahiyyətli insan olaraq, “bütün məzhəbləri ləğv edəcəyini” göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə onsuz da bütün digər məzhəbləri ləğv etməsi lazımdır. Zamanında hər kəsin ona tabe olacağının bildirilmiş olması da bunu təsdiqləyir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Fütühat-ül Mekkiye” adlı əsərində bu mövzuda belə məlumat vermişdir:
…Mehdi, dini Peyğəmbər (s.ə.v)-in zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri ləğv edəcək. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. (Məhəmməd ibn Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət əlamətləri, səh. 186-187)
Hüseyn Hilmi İşıq da, “Səadəti Əbədiyə” adlı əsərində hz. Mehdinin bu xüsusiyyətini belə xəbər vermişdir:
Həzrəti Mehdi, Axırzamanda dünyaya gələcəkdir. Resullulah (s.ə.v)-in soyundan olacaq. İsa əleyhissalamla görüşəcək, məzhəbləri qaldıracaq, tək onun məzhəbi qalacaq. (H. Hilmi İşıq, Səadəti Əbədiyə, səh. 35)

