Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Qızıl əsrdə yaşanacaq nemətlərin bənzərsiz olduğu çox ətraflı olaraq izah edilir. Bu izahatlara görə Qızıl əsr, məhsullarda və mallarda çox böyük bolluq və bərəkətin yaşandığı bir dövr olacaq. Bənzəri görülməmiş bir zənginlik yaşanacaq, həyat bahalılığı, dolanışıq çətinliyi, aclıq, səfalət və sıxıntı illəri tamamilə sona çatacaq. Ehtiyac içində olan kimsə qalmayacaq, hər hansı bir tələbdə olan istədiyindən qat-qat daha çoxu veriləcək, heç bir şey sayılıb ölçülməyəcək. Maddi mənəvi hər cür imkan insanların, rahatlığı, sevinci və dincliyi üçün istifadə ediləcək, ən kiçik bir çətinlik, yoxluq və aclıq yaşanmayacaqdır. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi dövründə reallaşacaq olan bu bolluq və zənginliyi hədislərində belə xəbər verilir:
Ümmətimdən Mehdi çıxacaq. Allahu Təala həzrətləri, insanları zəngin etmək üçün onu göndərəcək. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərzin nəbatatı çox olacaq, Hz. Mehdi, insanlara bərabər şəkildə bol-bol mal paylayacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
…Mal da o gün çox yığılmış olacaq. (Sünəni İbni Macə, 10-347/ Ramuz əl Ehadis, səh. 508)
İnsanlara malı və əşyanı paylayarkən, saymadan bol-bol verəcək. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 21)
O zaman ümmətim, yaxşısı pisi hamısı da mislini görmədikləri nemətlərlə nemətlənər… (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 16)
…Mal da o qədər çoxalacaq ki, heç bir kimsə mal qəbul etməyəcək. (Sünəni Ibni Macə, 10/340)
Axırzamanda bir xəlifə olacaq, malı sayıb hesablamadan böləcək. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 15)
Əmirlərinizdən bir əmir olacaq ki, malı saymayacaq. Biri ondan mal istədiyində, “Al apar” deyər O da paltarını sərər və o da doldurar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 15)
Ümmətim arasında bir xəlifə olacaq, malı saymadan verəcək. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 15)

