Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, torpaqdan da hər zamankindən daha çox məhsul əldə ediləcəyi və bu sahədə də bənzərsiz bir bolluq və bərəkətin görüləcəyi bildirilir:
İnsanlar bir ölçək buğda əkdiklərində qarşılığında yeddi yüz ölçək əldə edəcək… Onun zamanında, insan bir neçə ovuc toxum atacaq, 700 ovuc məhsul yığacaq… (Qiyamət əlamətləri, səh. 164/ əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)
…Yer yemişini (qida məhsullarını) verəcək və insanlardan heç bir şey saxlamayacaq (verməməzlik etməyəcək)dır… (Sünəni İbni Macə, 10-347/ Ramuz əl Ehadis, səh. 508)
…O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərzin nəbatatı (bitkiləri) çox olacaq (El-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 26)
Yenə Peyğəmbərimiz (s.ə.v)-in hədislərində xəbər verildiyinə görə, Qızıl əsrdə yer üzünün su qaynaqlarında da böyük bolluq olacaq, bu sulama imkanlarının artmasıyla bütün torpaqlar görülməmiş bir şəkildə bərəkətlənəcək:
…Onun zamanında bütün sular şirinləşəcək, çaylar uzanacaq, yer üzü bitkilərini artıracaq və (içindəki) xəzinələrini xaricə çıxaracaq. (en-Necmus-sakıb if Bəyanı Ennel Mehdi ibn Əli ibn Əbi Talib, Tərcümə edən: Ömər Dönməz, səh. 43)
…Onun dövründə, axan çaylar belə suyunu çoxaldacaq… (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)
…Səma yağışını endirəcək, yer bərəkətini çıxaracaq, daha əvvəl görülməmiş bir şəkildə ümmətim Onun zamanında rahata qovuşacaq. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 9)
O yer üzünü ədalətlə və haqla doldurar. Ərz nəbatatını çıxarar, göy də yağışını yağdırar. Ümmətim daha əvvəl görülməmiş şəkildə nemətləndirilər. (İbn Əbi Şeybe, cild VII, səh. 512-513; Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 35)
Onun dövründə, ümmətin gərək yaxşıları, gərək pisləri misli görülməmiş şəkildə bir çox nemətlərə sahib olacaqlar. Çox yağış yağmasına baxmayaraq bir damlası belə hədər getməyəcək, torpaq tək bir toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (əl-Kavlul Müxtəsər fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20-21) (Mehdinin zamanında) səma yağışından heç bir şeyi əsirgəməyəcək və comərdcə bol yağdıracaq. Yer üzü bitkilərindən heç birini əksik buraxmayacaq və şübhəsiz onları kamalıyla bitirib ortaya çıxaracaq… (Saati, H 143, cild XXIV, səh. 50; Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, səh. 437)
Peyğəmbərimiz (s.ə.v)-in bu hədislərində hz. Mehdi zamanında müasir kənd təsərrüfatına keçilməsi, yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum islahı işləri və yağış sularından yeni su anbarları, süni göllər düzəldilməsi nəticəsində meydana gələcək istehsal artımına işarə edilir. Dövrünüzün texnologiyası çox böyük sürətlə inkişaf edir, məhsulların həm keyfiyyətində həm də istehsal miqdarının çoxaldılması edilir. Daha uzun müddət dözümlü olan və daha az su ilə böyümələri də təmin edilir. Yeni inkişaf etdirilən texnologiyalar sayəsində məhsullarda müxtəliflik əldə edilə bilinir və dörd mövsüm hər cür meyvə və tərəvəz yetişdirilir.
Qızıl əsrdə bütün bu tərəqqilər daha da artacaq, məhsullarda fövqəladə bir keyfiyyət artımı olacaqdır. Daha çox məhsul verən, dadı, qoxusu daha gözəl məhsullar yetişdiriləcək. Quranda bu mövzuya işarə edən bir ayədə belə bildirilir:
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 261)
Hədislərin işarələrinə görə Qızıl əsrdə suvarmaya böyük əhəmiyyət veriləcək, hər yerdə göllər, su anbarları, geniş su kanalları, süni çaylar yaradılacaq, susuz heç bir yer qalmayacaq. Dəniz, yağış və sel suları da təmizlənərək kənd təsərüfatında istifadə ediləcək, bu şəkildə quraq bölgələr çox böyük bolluq və bərəkətə qovuşacaqlar. Dövrümüzdə hələ çox dar bir sahədə həyata keçirilmiş olan texnologiyalarla bütün çöllər yaşıllaşdırılacaq və insanlıq çox böyük bir əkin sahəsinə qovuşacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi vəsiləsiylə bütün yer üzünün bərəkətlənəcəyi və torpaqdan əldə ediləcək bolluğun çox artacağına işarə edilir.
Yenə hədislərdəki məlumatlara görə, kənd təsərüfatında qət ediləcək bütün bu inkişaflar nəticəsində heyvanların keyfiyyətində də böyük tərəqqi qeyd ediləcək, hər cür hayvansal istehsal artacaqdır:
…Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz bitkisini çıxaracaq… (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 15)

