Hədislərdə Hz. Mehdi Dövründə Yer Üzünün Ədalətlə Dolacağı Necə Xəbər Verilmişdir?

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8) ayəsiylə iman sahiblərinə ədalətli davranmalarını bildirmişdir. İnsanlar arasında heç bir ayrı-seçkilik güdmədən, yalnız haqdan və doğrulardan yana, qatqısız bir ədalət, Quran əxlaqının bir gərəyidir. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirildiyi üzrə Axırzamanda insanlar Quranda bildirilən bu əxlaqdan uzaqlaşacaq, ədalətsizlik yer üzünə mümkün olduğu qədər hakim olacaq. Necə ki, zəmanəmizdə dünyanın dörd bir tərəfində davam edən qarşıdurmalar, döyüşlər; öldürülən, şikəst qalan, evlərindən yurdlarından sürgün edilənlər, yüzlərlə kilometr yolu gedərək sığınacaq yer axtaran mühacirlərin, küçələrdə yaşayan kimsəsiz uşaqların, köməyə və baxıma möhtac, kimsəsizliyə tərk edilən yaşlıların vəziyyəti, ədalətin gərəyi kimi tətbiq olunmadığının açıq bir göstəricisidir.

Ancaq hz. Mehdinin ortaya çıxışıyla birlikdə yer üzündə hökm sürən bu vəziyyət sona çatacaq, bütün dünyada bənzəri görülməmiş bir ədalət mühiti təmin ediləcək. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi dövründə yaşanacaq olan bu ədalətli mühit belə xəbər verilir:

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa Allah mənim Əhli Beytimdən bir şəxsi göndərəcək yer üzü zülmlə dolduğu kimi, o yer üzünü ədalətlə dolduracaq. (Sünəni Əbu Davud, 5/92)

Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu düzgünlük və ədalətlə doldurar. (Sünnəni Əbu Davud, 5/93)

Bu (əmir) də insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi yer üzünü ədalətlə dolduracaq. (Sünnəni İbni Macə, 10/348)

Zülm və fisqlə dolu olan dünya, o (hz. Mehdi) gəldikdən sonra ədalətlə dolub daşacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)

Hz. Mehdinin zamanında ədalət o qədər bol olacaq ki, zorla alınan hər mal sahibinə geri verildiyi kimi, bir insanın başqasına aid olub da, dişində qalmış bir şey belə sahibinə qaytarılacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Onun ədaləti hər yeri örtəcək və insanlar arasında hz. Peyğəmbərin sünnəsi ilə rəftar edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 20)

Dünya həyatının bir günü qalsa Allahu Təala o günü uzadar, mənim Əhli Beytimdən bir insan göndərər. Onun adı mənim adım kimidir. Atasının adı atamın adı kimidir. Zülm və pisliklə dolmuş dünyanı, ədalət və dürüstlüklə dolduracaq. (Böyük Fitnə Məsih Dəccal, Saim Güngör, pamuk nəşriyyat, səh. 80) (Əbu Davud və Tırmizi / Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 365)