Bəzi cəmiyyətlərdə dil, irq, etnik mənşə kimi xüsusiyyətlər çox böyük əhəmiyyət daşıyır və ədaləti tətbiq edən insanların qərarlarına təsir edə bilirlər. Halbuki fərqli irq və millətlərin olmasının bir məqsədi, qarşıdurma və döyüş deyil, mədəni bir zənginlikdir. Bu müxtəliflik Allahın yaradılışındakı bir gözəllikdir. Bununla yanaşı zənginlik, ya da kasıblıq kimi faktorlar da insanların bir-birlərinə qarşı olan rəftarlarına və ədalət anlayışlarına təsir edə bilir. Halbuki Quran əxlaqına görə, insanlar Allah Qatında yalnız imanlarının və Allah qorxularının dərinliyi ilə üstün ola bilərlər. Bu səbəbdən Quran əxlaqının bütün yer üzünə hakim olması, yer üzündə bu anlayış əksikliyinə bağlı olaraq yaşanan sosial ədalətsizlikləri ortadan qaldıracaq, ən gözəl və tək çözüm yoludur. Quranda təsvir edilən İslam əxlaqı, ədalətli, şəfqətli, mərhəmətli, zəngin kasıb ayrı-seçkiliyi etmədən ehtiyac içində olana kömək etməyi tələb edir. Qurana görə həqiqi ədalət, yalnız Allah rizası güdülərək, Allahdan qorxaraq təmin edilən bir ədalətdir. Belə bir ədalət hədəfləndiyində, nə şəxsi mənfəət, nə dostluq, nə düşmənlik, nə də insanın həyata olan dünyagörüşü, dili, irqi, bədəninin rəngi qərarlarına təsir edə bilməyəcək, yalnız haqdan yana qərar veriləcək. Allahın icazəsiylə Qızıl əsrdə belə bir əxlaq bütün cəmiyyətlərə hakim olacaq və həqiqi ədalət, həqiqi hüzur və güvən bütün yer üzünə hakim olacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Qızıl əsrdə yaşanacaq olan bu vəziyyət belə xəbər verilir:
İnsanlar olduqca xeyirli, həyatları çox rahat olacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 54)
Mənim ümmətim o dövrdə elə bir rifah tapacaq ki, o günə qədər onun mislini qətiliklə tapmamışdır… (Sünəni İbni Macə, 10-347/ Ramuz əl Ehadis, səh. 508)
Hədislərin işarələrinə görə Qızıl əsrdə, cəmiyyətdə ehtiyac içində olanın nəzərə alınmaması, yalnız çox kiçik bir zümrənin bolluq içində yaşaması kimi ədalətsizliklər sona çatacaq. Qonşusu ac ikən kimsə tox yatmayacaq, tək tərəfli zənginlik utanc vəsiləsi halına gələcəkdir. Eqoistlik və eqoizm ortadan qalxacağı üçün hər kəs bir-birini yeməyə dəvət edəcək, maddi-mənəvi bütün imkanlarını bir-biriylə paylaşacaq. Xalqın bir-birinə qarşı olan mərhəməti mümkün olduğu qədər artacaq, hər kəs bir-birini zəngin etməyə çalışacaq. Güclü olan haqlı olmayacaq, haqlı olan güclü olacaq. Quran əxlaqının hakim olduğu bu dövrdə cəmiyyətin hər seqmentindəki insanlar arasında çox böyük bir bərabərlik yaşanacaq, hüzur və güvən dolu bir mühit olacaq. Bu mühitin bir nəticəsi olaraq insanlar heç bir saxtakarlığa, pisliyə və haram hərəkətlərə də yanaşmayacaqlar.

