Hədislərdə Hz. İsanın Köməkçilərinin Sayı İlə Əlaqədar Necə Məlumat Verilmişdir?

Quranda, hz. İsanın yer üzünə ilk gəlişində ona tabe olanların sayının olduqca az olduğuna işarə edilmişdir. Rəvayətlərdə də xəbər verildiyinə görə, Hz. İsaya yalnız az saydakı həvariləri iman etmiş və xalqdan da bu mübarək peyğəmbərə dəstək verən kimsə olmamışdır. Bu vəziyyət Quranda belə xəbər verilmişdir:

Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!” – demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. (Saff surəsi, 14)

Yer üzünə ikinci dəfə gəlişində də, ilk zamanlarda hz. İsaya inanıb dəstəkləyənlərin sayı yenə çox az olacaq. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi, hz. İsanın Axırzamanda yer üzünə ikinci dəfə gəlişində yaşanacaq bu vəziyyəti belə xəbər vermişdir:

…“Dəccalın fövqəladə böyük və minarədən daha yüksək bir əzəməti heykəldə və Həzrəti İsa əleyhissalam ona nisbətən çox kiçik olduğunu” göstərər. Bunun açıqlaması budur ki: İsa əleyhissalamı nuru iman (imanın işığı) ilə tanıyan və tabe olan camaatı ruhaniyyə-i mücahidinin (ruhani mücahidlər camaatının) kəmiyyəti (sayı), dəccalın məktəb tərəfindən və əsgər tərəfindən elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir (məqsədindədir). (5-ci Şüa, səh. 464 Şüalar, səh. 495)

Bir başqa sözündə isə Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində işarə edilən bu vəziyyəti belə açıqlamışdır:

Həzrəti İsa (ə.s) dəccal ilə mübarizəsi zamanında, on arşın yuxarıya atlayıb sonra qılıncı onun dizinə çatdıra biləcək dərəcəsində, bədən tərəfindən o dərəcə dəccalın heykəli Həzrəti İsadan böyükdür, deyə tərcüməsində rəvayət var. Demək dəccal, Həzrəti İsa əleyhissalamdan on, bəlkə iyirmi misli yüksək qamətli (boylu) olması lazımdır…

Birinci Cəhət: Dini İsəvinin həqiqisini (Xristianlığın gerçəyini) əsas tutan İsəvi ruhanilərin camaatı və onlara qarşı dinsizliyi tervice (qəbul etdirib etibarlı etməyə) başlayan camaat təcəssüm etsələr (maddələşib cisim halına gəlsələr), bir minarə yüksəkliyində bir insanın yanında bir uşaq qədər də ola bilməz. (Kastamonu Lahikası, səh. 75)

Bədiüzzaman, bu sözlərində dəccalın əlində tutacağı maddi və mənəvi güc kimi, ətrafındakı insanların sayının da çox olacağını, hz. İsanın camaatının isə dəccalınkı ilə müqayisə edildiyi zaman çox az sayda insandan meydana gələcəyini ifadə etmişdir. Hz. İsanın cəmiyyətin böyük kütləsi tərəfindən tanına bilməməsində, dəccalın əlində tutduğu bu geniş kütlə və imkanlarla icra edəcəyi mənfi təbliğatın böyük təsiri olacaqdır (doğrusunu Allah bilir).