Hədisi şəriflərdə, hz. İsa (ə.s)-ın yer üzünə dönüşü, dönmədən əvvəl və döndükdən sonra reallaşacaq müxtəlif hadisələr haqqında Peyğəmbərimiz (s.ə.v) çox əhəmiyyətli məlumatlar vermişdir. Peyğəmbərimiz (s.ə.v)-ın gələcək haqqında verdiyi məlumatlar “qeyb” xəbərlərindəndir. Allah ayələrdə dilədiyi elçilərinə qeyb məlumatlarını verəcəyini bildirmişdir:
O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki, (Cin surəsi, 26-27)
Rəbbimiz Fəth surəsində də Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə yuxular vasitəsi ilə məlumat verdiyini xəbər vermişdir:
Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)
Ayədə görüldüyü kimi, Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-ə müxtəlif qeyb xəbərləri vermişdir. Bu xəbərlər, Peyğəmbərimiz (s.ə.v)-ə və onunla birlikdə olan saleh möminlərə Allahın böyük dəstəyidir, köməyidir.
Peyğəmbərimiz (s.ə.v), Allahın bildirməsiylə, qiyamət əlamətləri ilə əlaqədar bir çox xəbər vermişdir. Hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə ikinci dəfə gəlişi Peyğəmbərimiz (s.ə.v)-in gələcəklə əlaqədar verdiyi xəbərlər arasında əhəmiyyətli bir yerə malikdir. Axırzamanla əlaqədar rəvayətlər səhih hədis qaynağı olan Kutubu Sittənin hamısına və ardından İmam Malikin Muvattası, İbn Huzeymə ilə İbn Hibbanın Səhihləri, İbn Hənbəl və Tayalisinin Müsnədləri kimi ən mötəbər hədis qaynaqlarına girmişdir. Bu qaynaqlardan öyrəndiyimizə görə Peyğəmbərimiz (s.ə.v), hz. İsa (ə.s) ilə əlaqədar çox xüsusi şərhlər etmişdir. Hz. İsa (ə.s)-ın ikinci gəlişi mövzusu, “təvatür” (qüvvətli xəbər) dərəcəsində bilinən bir mövzu olaraq hədis elmi içində yerini almışdır.
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) hədislərində, Axırzamanda din əxlaqının bütün dünya üzərində hakim olacağını, yer üzünə barış, ədalət və rifahın hakim olacağını bildirməkdədir. Peyğəmbərimiz (s.ə.v) bu hakimiyyəti Xristian dünyası ilə İslam dünyasını birləşdirəcək olan Hz. İsanın reallaşdıracağını bizlərə müjdələməkdədir. İndiki vaxtda yer üzündə mövcud olan din əleyhinə fəlsəfələrin tətbiqləri nəticəsində cəmiyyətlərin içinə aparıldığı vəziyyət ortadadır. Əxlaqsızlıq, narkotika, terror, qıtlıq və digər bir çox problem Xristian və İslam dünyasının bunlarla fikri olaraq mübarizə üçün birləşməsini tələb etməkdədir. Dünyanın indiki ictimai quruluşu Xristian və İslam ittifaqını sanki zəruri hala gətirmişdir. Xristianlığın dünya üzərindəki inkişaf etmiş ölkələrdə, liderlər səviyyəsindəki təsiri də göz qarşısında saxlanılsa önümüzdəki illərdə meydana gələ biləcək islam-Xristian ittifaqının nə dərəcə təsirli ola biləcəyi açıqca görülməkdədir.
Hz. İsa haqqındakı hədislər təvatür dərəcəsindədir
Daha əvvəl də ifadə etdiyimiz kimi hz. İsa (ə.s)-ın gəlişi mövzusunda nəql edilən hədislər təvatür dərəcəsindədir. Bir çox tədqiqatçı da alimlərimizin görüşlərinin bu istiqamətdə olduğunu izah edirlər. Təvatürün tərifi lüğətdə belə edilir:
Təvatür: Qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan doğru xəbər deməkdir. (Böyük lüğət-Tüv-Dav, 3003)
Hz. İsa (ə.s)-ın gəlişinin təvatür dərəcəsində hədislərlə bildirildiyinə dair xüsusi olaraq bir əsər qələmə alan böyük hədis alimi Şeyx Məhəmməd Ənvər əl Kəşmiri “Ət Tasrih bimə təvatəra fi nuzulil Mesih” adlı əsərində 75 hadisə, 25 səhabəni görənlərə aid əsərə yer vermişdir.
Hz. İsa (ə.s)-ın təkrar gələcəyini nəql edən alimlərin başında məzhəb imamımız İmamı Əzəm Əbu Hənifə gəlir. Əbu Hənifə, “Fiqhi Əkbər” adlı əsərinin son hissəsində bunları bildirir:
“Dəccalın, Yəcüc və Məcücün çıxması, Günəşin qərbdən doğulması, İsa (ə.s)-ın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə varid olduğu vəch ilə, haqdır, olacaq.” (Əbu Hənifə, Numan b. Sabit (150/767), Fiqhi Əkbər, Tərcümə edən: H. Bəsri Çantay, Ankara, 1982)
Hz. İsa (ə.s)-ın yer üzünə təkrar gəlişi mövzusu qiyamətin on böyük əlamətindən biridir və bir çox İslam alimi əsərlərində bu mövzunu təfərrüatlı olaraq ələ almışlar. Bu mövzudakı izahlar toplu halda qiymətləndirildiyində hz. İsa (ə.s)-ın ikinci gəlişi haqqında İslam alimləri arasında bir söz birliyi olduğu açıq şəkildə görülür. Hədislərin təvatür olduğu mövzusunda edilən bəzi izahlar belədir:
“Şövqəni də İsa (ə.s)-ın enəcəyinə dair hədislərin sayının 29-a çatdığını söyləyərək, bunları bir-bir nəql etmiş və sonunda: “Bizim nəql etdiyimiz hədislər görüldüyü kimi təvatür həddinə çatdı. Bu bəyanımızla bu nəticəyə gəlinir ki, gözlənilən Mehdi haqqındakı hədislər, dəccal haqqında hədislər və İsa (ə.s)-ın enməsinə dair hədislər mütəvatirdir.” demişdir.” (Sünəni İbni Macə, 10/338)
Tirmizi, Əbu Davud, Bezzaz, İbni Macə, Hakim, Təbərani və Əbu Yala Musuli bu mövzu haqqında müxtəlif səhabələrdən rəvayətlər nəql etmişlər; Əli, İbni Abbas, İbni Ömər, Talha, İbni Məsud Əbu Hureyrə, Ənəs, Əbu Səid Hudri, Ümmi Həbibə, Ümmi Sələmə, Sevban, Qurrə ibn İyas, Əli Hilali və Abdullah ibn Həris ibn Cüzə bəzi sənədlərlə isnad etmişlər. Məsələn, İbni Həcəri Haysemi “əs-Sevaik-ul Muhrika” kitabında, Şebleənci “Nur-ul Ebsar” kitabında, İbni Sabbağ “əl-Fusul-ul Muhimmeə”, Məhəmməd əs-Sabban “İsaf-ür Rağibin”, Gənci-i Şafi-i “əl-Bəyan” kitabında, Şeyx Mənsur Əli “Ğayət-ul Məmul” kitabında, Suveydi “Səbaikik Zəhəb” adlı kitabda hz. İsa (ə.s)-ın gəlişiylə əlaqədar hədislərin mütəvatir olduğunu yazmışlar. (http://www.ahl-ul-bayt.org/Turkish/Books/04_adlet/002.htm)
Bu hədisləri Əhli Sünnə mühəddis və alimləri öz kitablarında yazmışlar. Məsələn: Əbu Davud, Əhməd Tirmizi, İbni Macə, Hakim, Nəsai, Təbərani, Ravyani, Əbu Nuaymı İsfahani, Deyləmi, Beyhaki, Səhləbi, Haməvəyni, Menavi, İbni Meğazili, İbni Cevzi, Məhəmməd-us Sabban, Maverdi, Gənci-i Şafi-i, Səmanı, Harezmi, Şarani, Darakutni, İbni Səbbağı Maliki, Şəblənci, Muhibbuddin Tabəri, İbni Həcəri Haysəmi, Şeyx Mənsur Əli Nasıf, Məhəmməd ibn Talha, Cəlaluddin Suyuti, Şeyx Süleymanı Hənəfi, Kurtubi, Bağavi və digər alimlər bu mövzuya əsərlərində yer vermişlər.
İbni Kəsr Təfsirində, Zuxruf surəsinin 61-ci ayəsində keçən “İsa (ə.s)-ın qiyamət əlaməti olması” həqiqətini açıqlayarkən, hz. İsa (ə.s)-ın qiyamət qopmadan əvvəl enəcəyini bildirən rəvayətlərin təvatür dərəcəsinə gəldiyini bildirir. Şeyx Abdülfəttah Əbu Quddə də, hz. İsa (ə.s)-ın yer üzünə enib dəccalı yox edəcəyinə dair rəvayətlərin təvatür dərəcəsini tapdığını ifadə edir. (Səid Həvva, a. k. ə., səh. 445) Əllamə muhaddis Kittaninin də “Nazmül-Mütənasır” adlı əsərində (Kittani, a. k. ə., səh. 147) eyni fikirləri müdafiə etdiyi görülür.
Mövzu haqqında əsərləri olan yazarların nəql etmələrindən də aydın olur ki, hədis qaynaqları çox zəngindir. Bundan əlavə, hz. İsa (ə.s)-ın gəlişinin Axırzamanda reallaşacaq qiyamət əlamətlərindən olduğunu bildirən hədislər də Buxari, Müslim kimi əsas hədis qaynaqlarında yer alır. Bu hədislərdən bəziləri belədir:
Sizlər on əlaməti görmədikcə heç bir zaman Qiyamət qopmaz… Biri də İsa (ə.s)-ın enməsi… (Müslim, Kitabı-l Fiten: 39)
Vallah Məryəm oğlu (Hz. İsa əleyhissalam), Fəccur-Ravha nam mövqedə, həcc etmək və ya Umrə etmək yaxud da hər ikisini də etmək üçün razılıq edəcək. (Müslim, Həcc 216, 1252)
Qiyamət, on əlamət görülmədikcə qopmaz: Duman, dəccal, Dabbətül ərz, Günəşin qərbdən doğulması, İsanın yer üzünə enməsi… (Huzeyfə bin Esid əl-Gifari (r.ə.), Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 362)
Nəfsim qüdrət əlində olan Allaha and içərəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır… (Əbu Hureyrə (r.ə.), Buxari, Büyu 102, Mezalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Əbu Davud, Məlahim 14 (4324); Tirmizi, Fitən 54 (2234))
İsa enəcək; əmrləri: “Haydı gəl, bizə namaz qıldır!” deyəcək. Buna qarşılıq: “Kiminiz kiminizin əmridir. Bu, Allahın bu ümmətə bir lütfü kərəmidir.” deyəcək. (Müslim, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 380)
Vallah şübhəsiz, Məryəm oğlu İsa enəcək, ədalətli hakim, hökmdar olaraq enəcək… (Səhihi Müslim bi şərhin-Nevevi, cild 2, səh. 192. Kitabul-İman, Babı Nuzuli İsa İbni Məryəm, Kenzul Ummal, 14/332)
“İmamınız özünüzdən olduğu halda, Məryəm oğlu sizin içinizə endiyi zaman sizlər necə olarsınız?” (Əbu Hureyrə (r.ə.), Buxari, Ənbiya 50, 3265, 3/1272; Müslim, İman 71,155,1/136; Beyhaki, Əsmə və Sifət 3265, 2/166)
Peyğəmbərimiz (s.ə.v) insanları hz. İsa (ə.s)-ın gəlişiylə müjdələmişdir
Mənliyimə hakim olan şəxsə and içərəm ki, Məryəmin oğlunun ədalətli hakim olaraq sizə enməsi çox yaxındır. O, xaçı qıracaq, donuzu öldürəcək (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq), cizyəni qaldıracaq; mal çoxalacaq ki, kimsə onu qəbul etməyəcək. (Sünəni Tirmizi, 4/93)
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa çalan qırmızı rəngdədir. Sarı boyalı iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaqdır. İnsanlarla İslam üçün mübarizə edəcək. Dəccalı yox edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 380)
Həyatım əlində olan Allaha and içərəm ki, Məryəm oğlu (İsa aleyhissəlamın) ədalətli hakim olaraq sizin içinizə enməsi şübhəsiz yaxındır. O, salibi (xaçı) qıracaq, donuzu öldürəcək (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq), cizyəni qaldıracaq, mal o qədər çoxalıb daşacaq ki, heç kim mal qəbul etməyəcək. (Səhihi Müslim, 6/532)
İsa bin Məryəm ədalətli hakim və ədalətli imam olaraq enmədikcə qiyamət qopmayacaq. O, xaçı qıracaq, donuzu öldürəcək (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq), cizyəni qaldıracaq. Mal da o qədər çoxalacaq ki, heç bir kimsə mal qəbul etməyəcək. (Sünəni İbni Macə, 10/340)
İsa ibn Məryəm (ə.s) mənim ümmətim içində; 1) Ədalətli hakim və ədalətli imam olacaq, 2) Xaçı qırıb əzəcək və donuzu öldürəcək (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq).
3) (Zimmilərdən) Cizyəni qaldıracaq, 4) Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq.
5) Din birliyi də olacaq, artıq Allahdan başqasına tapınılmayacaq. (Süneni İbni Macə, 10/334)
Yer üzü sanki ayağının altına səriləcək… Gözü uzaqları da görəcək… Kafirlərin qalalarını və kəndlərini görəcək… (Qiyamət əlamətləri, səh. 244)
Dəccal, hz. İsa (ə.s)-ı gördüyündə su içində duzun əriməsi kimi əriyər və qaçıb gedər. Həzrəti İsa (Dəccalın arxasından):
Mənim sənə endirəcəyim bir zərbə var, sən bu zərbədən heç xilas ola bilməzsən, deyər ona (Fələstindəki Babı Lüdd deyilən mövqedə yəni) Babı Lüddün şərq tərəfindəki babı Remlə yanında dəccalı yox edər. (Ölüm-Qiyamət-Axirət, səh. 496)
Hz. İsa (ə.s) dövründə yer üzü barışla dolacaq
Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Heç bir kimsə arasında bir düşmənlik qalmayacaq. Və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (Səhihi Müslim, 1/136)
Döyüş (ustalığı) də ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq. (Sünəni İbni Macə, 10/334)
Hərb (ustalığı) ağırlıqlarını (yəni silah vəsaitlərini) buraxar. (Ölüm-qiyamət-axirət və axirzaman əlamətləri, səh. 496)
Düşmənlik, küsmək və qısqanclıq ortadan qalxacaq. (Əbu Hureyrə r.ə, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 379)
İslamdan başqa (heç bir dini) qəbul etməyəcək… Din muttəhid olacaq… Allahdan başqa heç bir kimsəyə və heç bir şeyə ibadət edilməyəcək… Zəkat qəbul edəcək kimsə olmayacağından zəkat və sədəqəni tərk edəcək… Zamanında xəzinələr və dəfinələr meydana çıxacaq. Qiyamət yaxınlaşdığını bildiyi üçün, çox mal qazanmağa rəğbət etməyəcək… İnsanlar arasında səbəbləri ortadan qalxdığı üçün kin və hüsumətə yer verməyəcək…
Zəhərli həşərat və heyvanlardan zəhəri aradan qaldıracaq, uşaqlar ilan və əqrəblərlə oynaşacaq… Onların uşaqlara bir zərəri toxunmayacaq. Qurd qoyunla otlayacağı halda qoyuna bir zərəri toxunmayacaq… Yer üzü sülh və salamatlıqla dolacaq, mübarizə və döyüşmək, müharibə və hücumlar ortadan qalxacaq… Yer üzü nəbatatını eyni Adəm (ə.s) zamanında olduğu kimi yetişdirəcək. Bir salxım üzümlə bir qrup insan doyacaq. Atlar sərbəst buraxılacaq, öküzlər lazım olmayacaq… Çünki yer üzü öz-özünə əkiləcək… (Qiyamət əlamətləri, səh. 242-243)
İsa (ə.s) ümmətim içində, ədalətli hakim, tam ədalətli imam (hökmdar) olar. (Xristianların) xaçını qırar, donuzu öldürər (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq), cizyə vergisini qaldırar, sədəqəni tərk edər, nə qoyuna nə də dəvəyə qarşı etibar edilməz. Bütün düşmənliklər, boğuşmalar zail olar, aradan qalxar… Yer üzü gümüş qab kimi olar və hz. Adəm zamanındakı kimi (bol) bitkilərini bitirər… (Ölüm-qiyamət-axirət, səh. 496)
Hz. İsa (ə.s) dövründə çox bolluq olacaq
… Mal da o qədər çoxalacaq ki, heç kimsə mal qəbul etməyəcək. (Sünəni İbni Macə, 10/340)
Məryəm oğlu (İsa) enər və dəccalı yox edər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. (Kitab ul Burhan Fi Əlamət-il Mehdiyy il Axırzaman, səh. 90)
Hər tərəfdə yemək qazanları qaynayacaq, misli görülməmiş bolluq yaşanacaq, mala rəğbət olmayacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 66)
İsa (ə.s)-ın zəkatı tərk etməsi də, malın bolluğu və zəkata möhtac kasıbın qalmaması səbəbiylədir. (Sünəni İbni Macə, 10/339)
Sonra İsa, ümmətimin içində ədalətlə hökm edəcək; xaçı qıracaq, donuzu öldürəcək (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq), cizyəni qaldıracaq, zəkatı buraxacaq. Nə qoyuna və nə də dəvəyə zəkat məmuru göndərilməyəcək. İnsanlar arasındakı düşmənliklər və kin qalxacaq. Əqrəb və ilanların zəhərləri olmayacaq, hətta bir uşaq əli ilə ilanla oynayacağı halda ilan onu sancmayacaq. Qız uşağı aslanı qaçmağa məcbur edəcəyi halda aslan ona zərər vurmayacaq. Qurd, qoyunlar arasında sanki bir çoban iti imiş kimi yanlarında duracaq. Qabın su ilə dolduğu kimi yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa kimsəyə tapınılmayacaq. Müharibə, döyüş adına heç bir şey qalmayacaq. Qureyş qəbiləsindən hökmdarlığı alınacaq. Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan tək narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq.”
Deyildi ki:
“Ey Allahın Elçisi! Niyə at o qədər ucuz olacaq? “
“Hərb olmayacağı üçün ona çox ehtiyac olmayacaq.”
“Niyə öküz o qədər bahalı olacaq? “
“Yer üzünün hamısı əkiləcəyi üçün o, çox lazımlı olacaq. (Ibn Macə bənzərini Əbu Ümamədən nəql etdi, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 370-372)
Sonra qırx il ömür sürəcək. Onun zamanında kimsə ölməyəcək. Adam, qoyun və heyvanlarına (haydı gedin, otlayın) deyəcək; onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir buğda belə ağızlarına almayacaqlar. İlan və əqrəblər kimsəyə əza etməyəcəklər. Yırtıcı heyvanlar qapılarının qarşısında dayanacaq, kimsəyə zərərləri toxunmayacaq. Adam bir ölçək buğdanı alıb öküzsüz və sapansız əkəcək, qarşılığında yeddi yüz ölçək buğda götürəcək. (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm və diriliş, səh. 184)
Artıq o gün (elə bolluq olar ki, on ilə qırx adam arasında) bir camaat bir tək nar meyvəsindən yeyib doyarlar və o nar qabığının çanağı ilə də kölgələnərlər. Südlərə də Allah tərəfindən o dərəcə bərəkət lütf edilər ki, bir tək sağmal dəvənin südü böyük bir insan qrupuna kifayət edər. Bir sağmal malın südü insanlardan bir qəbiləyə kifayət edər. Bir sağmal qoyunun südü qohumlardan yaranan bir soy birliyinə kifayət edər. (Ölüm-qiyamət-Axirət, səh. 493)
Hz. İsa (ə.s) yeni din gətirməyəcək
Qırx (40) il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər. (Kitab-ul Burhan Fi Əlamət-il Mehdiyy il Axırzaman, səh. 92)
Hz. İsa Ümməti Məhəmmədə peyğəmbər olaraq deyil; Muhammədiyyənin şəriətini tətbiq etmək üçün gələcəkdir, deyir. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)
Hz. İsa (ə.s) enəcək və Rəsulullahımız (s.ə.v)-ın şəriətinə tabe olacaq. (Məktubatı Rəbbani, 2/1309)
Hz. Məhəmməd (s.ə.v)-ın şəriəti üzərinə hökm verəcək, özü peyğəmbər olduğu halda peyğəmbərə tabe olacaq və Məhəmməd (ə.s)-ın ümmətindən olacaq. Peyğəmbərin ümməti və səhabəsi olacaq… Elə isə o, səhabələrin ən üstünü olacaq… (Qiyamət Əlamətləri, səh. 243)
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa çalan qırmızı rəngdədir. Sarı rəngli iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün döyüşəcək. Məsihud-dəccalı yox edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 380)
Hz. İsa (ə.s)-ın xüsusiyyətləri
1) Uzuna yaxın orta boylu
2) Rəngi qırmızı ilə ağa yaxın
3) Üzərində boyanmış iki paltar vardır.
4) O dərəcə təmiz ki, özünə yaş dəymədiyi halda başı su damladar kimidir. (Ölüm-qiyamət-Axirət və Axirzaman əlamətləri, səh. 499)
O qırmızı, buruq saçlı və geniş sinəlidir. O, salibi (xaçı) qıracaq (Xristianlığa sonradan əlavə edilmiş batil inancları qaldıracaq), cizyə üsulunu qaldıracaq, İslamdan başqa heç bir dini qəbul etməyəcək… Allahdan başqa heç bir kimsəyə və heç bir şeyə ibadət edilməyəcək. Hz. Məhəmməd (s.ə.v)-in şəriəti üzrə hökm verəcək, özü peyğəmbər olduğu halda peyğəmbərə tabe olacaq və Məhəmməd (s.ə.v)-ın ümmətindən olacaq, peyğəmbərin ümməti və səhabəsi olacaq. Çünki o, onu mirac gecəsi görmüşdür. Elə isə səhabələrin ən fəzilətlisi olacaq. (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm və diriliş, səh. 182)
Gecə gəzdirildiyim zaman Musa (ə.s)-a qovuşdum. (Peyğəmbər onu təsvir edərək: ) Bir də gördüm ki, O Şənüə qəbiləsinin kişilərindən biri kimi qarayanız, uzun boylu, balıq ətli, düz saçlı bir şəxsdir. İsaya da qovuşdum (Peyğəmbər onu da təsvir edərək: ) İsa, orta boylu, sanki hamamdan çıxmış kimi al çöhrəli idi. (Səhihi Müslim, 2/1053)
Mən bu gecə yuxumda özümü Kəbədə gördüm. Qəflətən əsmər bir adam gördüm. Sanki o əsmər insanlardan ən gözəli, saçı iki çiyni arasına sallanırdı, saçları sanki (yeni) daranmış və yuyulmuş kimi su damlayırdı. İki əlini iki adamın iki çiyninə qoyaraq Beyti təvaf edirdi. (Orada olanlara) bu kimdir? deyə soruşdum. Onlar: “Bu Məryəmin oğlu Məsihdir (İsadır)” dedilər. (Səhihi Buxari, 9/177)
Hz. İsa (ə.s), Peyğəmbərimiz (s.ə.v)-ın qəbri yanına dəfn ediləcək
İsa (ə.s) yer üzünə enəcək, evlənəcək uşaq sahibi olub, qırx beş il yaşayacaq, sonra öləcək, mənimlə eyni qəbirə basdırılacaq, sonra mən və İsa eyni qəbirdən Əbu Bəkir ilə Ömər arasından qalxacağıq! (Qiyamət əlamətləri, səh. 246-247)
Hz. İsa, yer üzündə ikən evlənəcək və bir uşağı olacaq. Öldüyündə, müsəlmanlar onun namazını qıldıqdan sonra Ravzaı Mutahharəyə dəfn edəcəklər. (əl-Kavlu Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 65)
Şübhəsiz ki, Məryəm oğlu İsa yer üzünə endiyi zaman evlənəcək, uşağı olacaq, yer üzündə 45 il qalacaq. (Miskatü-l Meşabih, 3/47)
Həzrəti İsa yer üzündə qırx il yaşadıqdan sonra vəfat edəcək. Müsəlmanlar onun cənazə namazını qılaraq dəfn edəcəklər. (Ölüm-qiyamət-Axirət və Axırzaman əlamətləri, səh. 498-499)
İbni Cevzinin Abdullah bin Ömər (r.ə)-dan nəql etdiyi bir rəvayətdə belə buyurulur: “İsa (ə.s) yer üzünə enəcək, evlənəcək, uşaq sahibi olub qırx beş il yaşayacaq sonra öləcək, mənimlə eyni qəbirə basdırılacaq, sonra mən və İsa eyni qəbirdən Əbu Bəkr ilə Ömər arasından qalxacağıq.” (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm və diriliş, səh. 1699, səh. 185)

