Peyğəmbərimiz (s.ə.v)-in hədislərində elm və texnologiyadakı inkişaflara istiqamətli işarələrdən də bəhs edilir. Qızıl əsrdə bütün cəmiyyətlər arasında elmə qarşı böyük təşviq və təhsil proqramı tətbiq olunacaq, texnoloji inkişaflar yüksək həddə çatacaq, insanlar texnologiyanın bütün nemətlərindən mümkün qədər faydalanacaqlar. Tibdə, kənd təsərrüfatında, ünsiyyətdə, sənaye texnologiyasında, nəqliyyatda çox böyük inkişaflar yaşanacaq. Bütün bu texnoloji tərəqqilər, insanların həyatlarına çox böyük rahatlıq və asanlıq təmin edəcəkdir. Bu inkişaflar sayəsində çox böyük asanlıqlar yaşanacaq, böyük bir sürət qazanılacaq.
Nəqliyyat texnologiyasındakı inkişaflar nəticəsində insanların rahatı, təhlükəsizliyi və rahatlığı ən üst səviyyədə təmin ediləcək, zaman itkisi və qəza riski ən aşağı səviyyəyə endiriləcək, bunun üçün lazım olan hər cür tədbir alınacaq. Ünsiyyət texnologiyasında da əhəmiyyətli tərəqqilər təmin ediləcək, dünyanın dörd bir tərəfiylə xəbərləşmə və məlumat alış-verişindəki sürət və asanlıqlar ən üst səviyyəyə çatacaq (doğrusunu Allah bilir).
Bütün bu texnologiyalar əldə edilərkən, insanların sağlamlığı və rahatlığına zərər verə biləcək hər cür problemin ortadan qaldırılmasına da böyük əhəmiyyət veriləcək bu məqsədlə texnologiyanın zərərli yan məhsullarına qarşı qəti tədbirlər alınacaq.
Qızıl əsrdə yaşanacaq bu dəyişmənin ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə, bu tip inkişaflardan bütün dünya xalqlarının ədalətli bir şəkildə faydalanmasını təmin etmək olacaq. Bütün imkanlar bütün dünya insanlarının istifadəsinə təqdim ediləcək, hər kəsə eyni gözəlliklər, bərabər imkanlar yaradılacaq.

