Hədislərdə Dəccalın Fikirlə Yox Edilməsində, Hz. Mehdinin Hz. İsa İlə Birlikdə Hərəkət Edəcəyi Xəbər Verilmişdir?

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsanın, dəccalın fitnəsini hz. Mehdi ilə birlikdə yox edəcəyi bildirilmişdir:

Mehdi mənim Əhli Beytimdən və mənim nəslimdəndir. O, yer üzünü ədalətlə dolduracaq. Şübhəsiz ki, o İsa əleyhissalam ilə birlikdə yola çıxaraq Fələstin ərazisindəki Babı Lut deyilən mövqedə dəccalı yox etməsi üçün həzrəti İsaya kömək edəcək. (Ölüm, Qiyamət, Axirət və Axırzaman əlamətləri, İmam Şarani, Bədir nəşriyyat, səh. 438, (816))

İsa göydən enəcək, dəccalı yox edəcək və ya hz. Mehdinin dəccalı yox etməsinə kömək edəcək. (Kittani, səh. 145) (Mehdi və Dəccal, Şaban Döğen, səh. 127)

Mehdi, İsa ilə birgə çıxacaq, Fələstin torpaqlarında Babı Lüddə dəccalı yox edəcək, Mehdinin dəccalı yox etməsinə kömək edəcək. (Kitabül-bürhan, səh. 105) (Mehdi və Dəccal, Şaban Döğen, səh. 127)