Hədid Surəsi, 7-9-cu Ayələr

Allaha və Onun Elçisinə iman gətirin! Sizin ixtiyarınıza verdiyi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mallarından xərcləyənləri böyük bir mükafat gözləyir. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır. Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir. (Hədid surəsi, 7-9)