Şirk, taleyə qarşı dirənməyin adıdır. Halbuki tale heç bir zaman dəyişməz. İstədiyiniz tədbiri alın, istədiyiniz qədər cəhd edin yenə də olacaq olan hadisə baş verər. Çünki bütün yaşadıqlarımız və yaşayacaqlarımız daha biz doğulmadan öncə taleyimizdə müəyyən edilmişdir. İnkar edənlər və Allaha təslim olmayanlar şirk içində yaşadıqlarından hadisələri və insanları gözlərində çox böyüdürlər. Allahı unutduqca insanların gözündə dəyərləri artır. Gözləri o dərəcədə kor olur ki, Allahın gücünü və qüdrətini görə bilmirlər. Bir hadisə olduqda həmin anda “bunu mənə bu insan etdi” deyə şikayətlənirlər. Halbuki nəinki o hərəkəti etmək, Allahdan xəbərsiz əlini belə qaldırmağa gücü çatmaz. Allahdan xəbərsiz ağzından bir söz belə çıxmaz. İnkar edənlərin yaşadıqları bu şirk içindəki həyatın əsası kədər, bədbinlik, üsyan və ağlamaqdır. İnsan şirk içində yaşamağın qarşılığını həyatı boyunca əzab çəkərək, ağlayaraq və kədərlənərək çəkər.
Yas Allaha üsyan etməyin digər adıdır. Mömin isə daima başına gələn imtahanlarda çox böyük xeyir olduğunu düşünər. Çünki hər mömin bu dünyaya cənnətə girmək məqsədilə ruhunu tərbiyələndirmək üçün gəlir. Bütün həyatı boyunca əmək verərək ruhunu gözəlləşdirir, imanını dərinləşdirir. İmanda dərinləşməyin ən gözəl yolu şübhəsiz ki, hər hadisədə Allaha yönəlməkdir. Mömin imanda dərinləşməyə başladığında önündəki görünməyən pərdələr bir-bir açılar. Hadisələr və insanlar əhəmiyyətini itirər və tək həqiqət olan Allahın birliyini bütün hüceyrələrinə tale hiss edər.
Şirk olmadıqda möminin həyatına bərəkət, hüzur və xoşbəxtlik hakim olur. Bu səbəbdən mömin bütün gücündən istifadə edərək hadisələrdən və insanlardan uzaqlaşaraq gün ərzində dərin Allahı düşünməli, yalvara-yalvara dua edib Ona yönəlməlidir. Bu şəkildə dünya həyatını da təvəkkül və təslimiyyətlə cənnətə çevirəcək. Allahı nə qədər çox sevdiyini və Onu bir an belə unutmadığını yaşadığı hər saniyə göstərəcək. Cəhənnəmdən, cəhənnəm odundan necə qorxursa, cəhənnəmə girməkdən necə çəkinirsə şirkə girməkdən də o qədər qorxacaq. Allaha təslim olma qətiyyətindən ölüm anı gözlərini yumanadək əsla güzəştə getməyəcək. Allahın istədiyi kimi dərin imanla yaşayıb dərin imanla cənnətin qapılarından girəcək…
Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Əraf surəsi, 205)

