Həddi asmamaq

Möminlər həddi aşmayaraq yalnız halal olan şeyləri edərlər

Möminlər həddi aşmayaraq yalnız halal olan şeyləri edərlər. Onlar cəhalətin olduğu mühitdə cahilliyyə mədəniyyətinin təsirinə düşməz, ağıllı, diqqətli davranarlar.

Möminlər yalnız cahiliyyə mühitində deyil, öz aralarında da ağıllı, incə düşüncəli, məntiqli davranarlar. İman gətirən insan hər an ağıllı davranaraq ifrat hədsiz hərəkətlərdən çəkinməlidir. Hadisələr qarşısında həyəcanlanmamalı, heç bir zaman təmkini itirməməlidir və həmişə bu xarakterdə olmalıdır. Möminlər təmkinli olmağı iman ilə qazanırlar. Ona görə də anidən kədərə, sevincə qapılmırlar və bunda həddi aşmırlar. İman gətirənlərin bu sabit ruh halı bir çox ayədə təsvir edilmişdir. Bunlardan biri belədir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz. (Hədid surəsi, 22-23)