Həcc Surəsi, 54-56-cı Ayələr

Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, Quran barəsində şəkk-şübhə içində qalarlar. O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim bağlarında olacaqlar. (Həcc surəsi, 54-56)