Riftia pachyptila dənizin dərinliklərində yaşayan soxulcan növüdür və ən maraqlı xüsusiyyəti həzm sisteminin olmamasıdır. Üstəlik, çox maraqlı qidalanma şəkli vardır. Riftianın gövdə boşluğunu dolduran toxumanın əslində kükürd kristallarına yapışmış hüceyrədaxili bakteriya yığınları olduğu anlaşılmışdır. Bu bakteriyalarla soxulcan arasında çox yaxşı əməkdaşlıq vardır. Soxulcanın qəlsəməsi ilə aldığı maye kükürd və oksigenlə zəngindir. Bu maddələr qan yoluyla gələrək soxulcanın bədənindəki bakteriyaların təbii reaksiya aparmasını təmin edər. Soxulcan bu təbii maddələrlə qidalanır. Soxulcanın karbondioksid, azotlu maddələr və s. kimi metabolizm artıqları bakteriyalar tərəfindən alınaraq yenidən qidaya çevrilir. (James. L. Gould, Carol G. Gould, “Olağandışı Yaşamlar”, səh. 65)
Heç görmədiyiniz dənizdə yaşayan soxulcan növü
