Əhd sandığı

Anası Nil çayında Musa (ə.s)-i sandığın içərisinə qoydu, sandıqla buraxdı

Anası Nil çayında Musa (ə.s)-i sandığın içərisinə qoydu, sandıqla buraxdı. Ölsün deyə etmədi, inşaAllah. Nə məqsədlə etdi, Fironun yanına gedəcək. Allah onu qoruyacaq. Onun xilas olacağını bilir. O sandıq anasının uşağı qoyduğu sandıqdır, Firon tərəfindən saxlanmışdır. Xatirə olaraq saxlanmışdır. O sandıq daha sonra yəhudilərin əlinə keçmişdir. Sonra o sandığın üstü qızılla örtülmüşdür. Hz. Musanın o müqəddəs sandığına çevrilmişdir. Əhd sandığı (Tabutu-Səkinə) deyilir ona və sandığın tapılması bütün dünyanı dəyişdirəcək. Hal-hazırda İsraildə Təbəriyyə gölünün altındadır. Heç kim çıxara bilmir onu. Hz. Mehdi (ə.s) cinlərin köməyi ilə oradan çıxaracaqdır.

Rəvayətlərdə əhd sandığı, şəxsən hz. Musa (ə.s) tərəfindən hz. Mehdi (ə.s)-a çatması üçün çox böyük bir diqqətlə o dövrdə saxlanılmış. İçində hz. Musa (ə.s)-dan qalan məsih yağı, Tövrat, özünə və qardaşı hz. Haruna aid əsalar və hz. Harunun sarığı olan bu sandıq diqqətlə qorunmuş o zamandan etibarən günümüzə kimi gəlib çıxıb. Allah, bu qızıl əhd sandığını, hz. Musa (ə.s.)-ın ardından hz. Süleyman (ə.s) vəsiləsi ilə də böyük bir diqqətlə qoruyub, hz. Mehdi (ə.s)-ın bir əlaməti olması üçün saxlamışdır. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə hz. Musa (ə.s.)-ın əsasının və hz. Süleyman (ə.s)-ın üzüyünün hz. Mehdi (ə.s)-da olacağı bildirilmişdir.

“… Musanın əsası və Süleymanın üzüyü ondan…. Allah dilədiyi dövrə qədər onu gözdən uzaq tutar. Sonra isə zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar.” (Bihar-ul Ənvar, cild 52, səh. 32)

Bütün bu əmanətlərin tapılması, inşaAllah, hz. Mehdi (ə.s)-ın çıxışının ən əsas əlamətlərindən olacaq.

Quranın Talut hekayəsində də əhd sandığı haqqında məlumat verilmişdir:

“Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının sənədi, sizə Tabutun (sandığın) gəlməsidir. Onda Rəbbinizdən “bir təhlükəsizlik duyğusu və əmin-amanlıq” ilə Musa ailəsindən və Harun ailəsindən geriyə qalanlar var; onu mələklər daşıyar. Əgər möminsinizsə, bunda şübhəsiz sizin üçün bir dəlil vardır”. (Bəqərə surəsi, 248)