Hava proqnozu verən Acıpaxla bitkisi

Bitki toxumlarının yaşama sirri

Canlılardakı çoxalma hüceyrələri adətən öz təbii mühitindən ayrıldıqdan qısa bir müddət sonra məhv olarlar. Bitkilərdə isə belə bir şey yoxdur. Bitkilərin istər tozcuqları, istərsə də toxumları öz ana gövdələrindən kilometrlərlə uzaqda belə canlılıqlarını davam etdirə bilərlər. Həmçinin ana gövdədən ayrıldıqları vaxtdan etibarən keçən müddətin də bir əhəmiyyəti yoxdur. Aradan illər hətta əsrlər keçsə də xarab olmadan qala bilən toxumlar vardır.

Arktik iqlim qurşağının tundra zonasında bitən “acıpaxla (lupin) bitkisi” buna çox gözəl bir nümunədir. Bitkinin toxumları böyümək üçün ilin müəyyən vaxtlarında isti havaya ehtiyac duyar. Toxumlar bu istiliyin kafi olmadığını gördüklərində bir möcüzə baş verər, mühit digər şərtlər baxımından əlverişli olsa da, çatlamaz və donmuş torpaqlarda istiliyin artmasını gözləyərlər. Əlverişli mühit tam olaraq təmin edildikdə isə aradan keçən vaxtın uzunluğuna baxmayaraq, qaldıqları yerdən inkişaf etməyə davam edərlər. Belə ki, qaya yarıqları arasında yüzlərlə il xarab olmadan, cücərmədən qalan bitki toxumları tapılmışdır.

Bu olduqca maraqlı bir haldır. Bir bitkinin xarici mühitdən xəbərdar olması nə deməkdir? Bitkinin bunu bacarmayacağına görə, hansı ehtimalların ola biləcəyini düşünək. Bitkinin içində yerləşən bir mexanizm ona vəziyyəti xəbər verə bilər. Bitki də bu xəbər əsasında bir yerdən əmr almış kimi inkişafını qəfildən dayandırar. Bəs onda bitkidəki bu sistem necə meydana gəlmişdir? Bitki bu sistemi özümü düşünüb tapmışdır? Bu sistemlə əlaqədar lazım olan maddi-texniki təchizatı özündə necə meydana gətirmişdir?