Hattin döyüşü

1186-cı ildə Fələstindəki Latın kralı Baldvinin ölümü ilə yerinə məbədçilərə olan yaxınlığı ilə tanınan Luzuinyalı Qay keçmişdi. Yeni kralın ən böyük köməkçisi isə Fransa kralı Luisin arxasından İkinci Xaçlı döyüşünə qatılan Antioch (Antakya) şahzadəsi Reynald de Chatillon idi. Xaçlılar yurdlarına döndükləri zaman, Reynald geridə qalmış, məbədçilərlə möhkəm dostluq bağı qurmuşdu. Eyni zamanda Reynaldın zalımlığı Müqəddəs Torpaqlarda olduqca yaxşı bilinirdi. 4 iyul 1187-ci il tarixində xaçlıların etdiyi ən qanlı döyüş olan Hattin döyüşü reallaşdı. Xaçlı donanması 20.000 piyada və yalnız 1000 cəngavərdən (atlı) meydana gəlirdi. Bu gücün toplanması və yaradılması ətrafdakı sərhədi meydana gətirən şəhərlərin gücünün tükənməsinə, bununla birlikdə ordusuz və hücuma açıq şəhərlərin meydana gəlməsinə səbəb olmuşdu. Döyüşün sonu xaçlı ordusu üçün tam mənasıyla bir məğlubiyyət olmuşdu. Ordunun böyük hissəsi həyatını itirmiş, sağ qalanların hamısı əsir olaraq alınmışdı. Kral da daxil olmaq üzrə ordunun qabaqcılları da ələ keçirilənlər arasında idi. Xaçlı orduları Fələstində olduqları 100 il boyunca bölgədəki müsəlmanlara çox əziyyət etmiş olmalarına baxmayaraq, bu döyüşün məğlubu olaraq özlərinə qarşı heç bir pis davranış etməmişlərdi.

Xüsusilə Məbəd cəngavərlərinin öz qaynaqlarından əldə edilən məlumatlara görə, müsəlman ordusunun sultanı Səlahəddin heç birinin arasında ayrılıq güdməmişdi. Məbəd cəngavərlərinin böyük ustadı və Reynald de Chatillon xaric. Bu ikili o zamana qədər etdikləri zalımlıqların qarşılığında edam edildilər. Kral Qay isə bir il sonra Nablusda tutulduğu həbsxanadan buraxıldı. Məbədçilər o dövrə qədər müsəlmanlara qarşı icra edilən Xaçlı hücumlarının və qırğınlarının da əsas cavabdehlərindən idi. Necə ki, bu səbəblə, Səlahəddin Əyyubi, xristianların böyük hissəsini bağışlamasına baxmayaraq, məbədçiləri törətdikləri qırğınlara qarşılıq olmaq üzrə edam etdirmişdi.

Böyük İslam sərkərdəsi Səlahəddin Əyyubi, Xaçlı ordularını məğlub edildiyi Hattin döyüşünün ardından Fələstin içindəki irəliləməsinə davam etmiş və ardından Qüdsü qurtarmışdı. Qüdsü itirmələrinə və bir çox itkin vermələrinə baxmayaraq məbədçilər varlıqlarını davam etdirdilər. Fələstindəki Xristian varlığının gedərək kiçilməsinə baxmayaraq, Avropadakı güclərini artıraraq başda Fransa olmaq üzrə bir çox Avropa ölkəsində “dövlət içində dövlət” oldular.

1291-ci tarixində xaçlıların son qalası olan Əkka müsəlmanlar tərəfindən ələ keçirildi. Müqəddəs Torpaqların tamamilə itirilməsiylə məbədçilərin saxta var olma səbəbləri də ortadan qalxmış olurdu. Artıq bütün diqqətlərini Avropaya verə bilərdilər. Amma qısa keçid müddətinə ehtiyacları vardı. Bunun üçün Avropa xanədanları içindəki dostlarından faydalandılar. Bunların arasında ən məşhurlardan biri də Şirürəkli ləqəbi ilə tanınan, dövrün İngiltərə kralı Riçard idi.

“Həqiqətən Riçard, Tampliyerlərlə o qədər yaxşı əlaqələr içində idi ki, özü ümumiyyətlə bir növ Şərəf Tampliyer sayılırdı.” (Michael Baigent, Richard Leigh, The Temple and the Lodge, London: Corgi Books, 1990, səh. 65.)

Üstəlik Riçard, təriqətə Kipr adasını satmış və ada Tampliyerlərin mərkəzlərindən biri olmuşdu.

Bir tərəfdən Avropadakı vəziyyətlərini sağlamlaştırarkən, digər yandan da Fələstindəki vəziyyətin pisə getməsiylə müvəqqəti istifadə edə biləcəkləri bir yer axtarırdılar. Bu yer Kipr adası olacaqdı.