Allah ilə Rəsulunun arasına girmək istəyənlər iddia edirlər ki, Allah və peyğəmbər də ayrı ayrılıqda halal, haram hökmü qoya bilər. Ancaq bu ayəni unudurlar: “Allah hökmündə kimsəni şərik etməz.” (Kəhf surəsi, 26). Aşağıdakı ayələri incələyərək haram hökmünün yalnız Allahın verə biləcəyini anlaya bilərik.
De: “Allahın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Bunu deməyə Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunus surəsi, 59)
Ey iman gətirənlər, Allahın sizə halal buyurduğu pak nemətləri özünüzə haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz. (Maidə surəsi, 87)
De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (Əraf surəsi, 32)
Diliniz yalana vərdiş etdiyi üçün dəlilsiz-sübutsuz: “Bu halaldır, o haramdır”-deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar. (Nəhl surəsi, 116)
Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş heyvanların ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq insanları düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır. (Ənam surəsi, 119)
Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər. (Ənam surəsi, 140)
Allah səkkiz cift yaratdı: Bir cüt qoyun və bir cüt keçi. De: “Allah iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram etdi? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə xəbər verin”. (Ənam surəsi, 143)
I … Həmçinin bir cüt dəvə və bir cüt inək. De: “Allah iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman orada şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz. (Ənam surəsi, 144)
De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yesə, Allah ona cəza verməz”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir. (Ənam surəsi, 145)
De: “Bunu Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin”. Şayəd onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar öz Rəbbinə tay tutarlar. (Ənam surəsi, 150)

