Haqq-hesab günündə hər kəs tək başına sorğu-sual olunacaqdır. Haqq-hesab günü insana dünya həyatı boyunca etdiyi hər şey, heç bir şey əksiklik olmadan göstəriləcək. “…xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır.” (Loğman surəsi, 16) Bu ayədə də bildirildiyi kimi, insanın etdiyi heç bir şey gizli qalmayacaq. İnsan bu dünyada etdiklərini unuda bilər, amma Allah bunların heç birini unutmaz və haqq-hesab günü onun qarşısına çıxaracaq. Haqq-hesab günü hər kəsə əməl dəftəri veriləcək. Eyni zamanda, insanların yaxşı və pis əməllərini ölçmək üçün həssas tərəzilər qoyulacaq və bu hesabda heç kimə zərrə qədər belə zülm edilməyəcək. Haqq-hesab zamanı insanın eşitmə və görmə hissləri və dərisi onların əleyhinə şahidlik edəcək və dünyada etdiklərinə şahid olanlar da şahid kimi gətiriləcəklər. Kafirlər çətin sorğu-sualdan sonra cəhənnəmə göndəriləcəklər. Lakin möminlər üçün haqq-hesab asan olacaq və sorğu-sualdan sonra sevinc və qurtuluş həyəcanı ilə cənnətə girəcəklər.
Haqq-hesab günündə necə bir sorğu-sual olacaq?

