Allah Quranda bizə haqq-hesab günündə hər kəsin öz etdiklərindən sorğu-sual olunacağını bildirmişdir. Hər kəsə bu dünyada etdikləri bir-bir göstəriləcək və Allahın izni olmadan heç kim digərinə kömək edə bilməyəcək. Allah bu həqiqəti Quranda belə xəbər verir:
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz… (Fatir surəsi, 18)

