Haqq-hesab günü dünya tarixi boyunca yaşamış bütün insanlar bir yerə toplanacaqlar. Bu insanlar arasında peyğəmbərlər də olacaqlar. Hər bir peyğəmbər öz qövmünə şahidlik etmək üçün toplanış yerinə gətiriləcəkdir. Bütün insanlar Allahın hüzurunda dünya həyatında etdikləri əməllərə görə hesaba çəkiləcəklər. Buna görə də haqq-hesab günündə Allahın diləməsi ilə hz. Məhəmmədi (s.ə.v.), hz. İsanı (ə.s.), hz. Adəmi (ə.s.), hz. Yusifi (ə.s.) və digər bütün peyğəmbərləri görmək mümkün olacaq. Allah Quranda bu mövzunu belə xəbər verir:
Yer Rəbbin nuru ilə aydınlandı; (ortaya) kitab qoyuldu; elçilər və şahidlər gətirildi, onların arasında haqq ilə hökm verildi və onlara heç bir haqsızlıq edilmədi. (Zumər surəsi, 69)

