Qətliamları İslam dininə aid etməyə çalışanlar isə, xüsusilə müsəlmanlar və xristianlar arasında ayrılıq yaratmaq istəyən, səmimi dindarların gücünü qırmağı məqsəd qoyan, bütün dünyaya zülm, qarışıqlıq və müharibələri gətirməyi hədəfləyən azğın masonik mərkəzlərdir. Dəccali sistemin nümayəndəsi olan masonlar, sevgi və barış dini olan İslamı tamamilə fərqli bir görünüşdə insanlara tanıtmaq və bunu edərək dindar insanların İslama ön mühakiməli baxmalarını təmin etmək məqsədindədirlər. Halbuki İslamda haqsız yerə bir cana qıymaq haramdır. Rəbbimiz Quran ayələrində bunu qəti hökm olaraq bildirmişdir:
… kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)
Allah bir adamı öldürməyin, bütün insanları öldürmək qədər ağır bir cinayət olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın, deyil minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermə ehtimalı yoxdur.
Ayrıca İslama görə heç kimsə, öz qənaətinə əsaslanaraq “layiq olan”, “layiq olmayan” seçimini edə bilməz. Çünki bu seçim Quran ilə qəti olaraq təyin olunmuşdur. Quranda bildirildiyi şəkildə İslam dinində hücum deyil, yalnız müdafiə olunma vardır. Bir müsəlman, ancaq özünün və ya yaxınlarının canına qəsd edildisə, müdafiə olunma məqsədli olaraq hücuma qarşı çıxa bilər. İslama görə ancaq belə bir vəziyyətdə qarşı tərəfə istiqamətli müdafiə olunma məqsədli bir “hücum haqqı” yaranmış olar. Lakin qarşı tərəf hücumu kəsdisə, o zaman o da müdafiə olunmağı dayandırmaqla məsuldur. Allah, qəti hökm olaraq bunu ayələrində bildirmişdir:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.
Dünyada məhkəmələrdən qaçaraq cəzadan xilas olacağını sananlar, öldükdən sonra, axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Məhz bu səbəblə ölümlərinin ardından Allaha hesab verəcəklərini bilən səmimi müsəlmanlar Allahın sərhədlərini qorumaqda böyük bir həssaslıq göstərərlər. Gerçək səmimi, dindar bir müsəlmanın, Allahın haram etdiyi bir cana qıyması, toplu qırğınlar reallaşdırması, İslamın əsasını meydana gətirən şəfqət, sevgi, bağışlayıcılıq xüsusiyyətlərindən uzaqlaşaraq insanlara zərər verə bilməsi mümkün deyil.
Terrorist hərəkətləri İslama aid etməyə çalışan zehniyyət, dünyanı dinsizliyə sürüməyə çalışan darvinist, marksist, materialist zehniyyətdir. Bu zehniyyətin qoruyuculuğunu da dəccal sistemi olan masonluq boynuna götürmüşdür. Ancaq dəccalın hiyləgər oyunu, Allahın icazəsi ilə hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxış dövrünə çox yaxınlaşdığımız bu günlərdə açıq şəkildə deşifrə olmuş və təxribata uğramışdır. Artıq dəccal sistemi olan masonluq insanları əvvəlki kimi aldada bilməməkdə, bu azğın zehniyyətin İslama və səmimi dindarlara istiqamətli çirkli oyunları tamamilə müvəffəqiyyətsizliyə düçar olmaqdadır.
#terror

