Allah Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə bildirir:
(Qovulmuş şeytandan Allaha sığınıram!)
Ey iman edənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Həmçinin unutmamaq lazımdır ki, ümumiyyətlə insanın ürəyində ilk duyduğu səs doğrunu səhvdən ayırd etməsini təmin edən vicdanının səsidir…
Və Allahın razı olacağı rəftar ilk duyulan səsin söylədiyidir.
Məhz Allahdan qorxan insanlar da, vicdanlarının səsini dinləyərək doğrunu taparlar.
