Balıqların son 450 milyon il ərzində dənizlərdə üzdükləri məlumdur. Ən kiçik balıqdan ən böyük balinaya qədər bütün dəniz canlıları, üstün bir manevr qabiliyyəti ilə su içində asanlıqla hərəkət edər və bədən ağırlıqlarından məharətlə istifadə edərək ən səmərəli yolla üzərlər. Bunun səbəbi hər bir balıq növünün suda yaşamağa uyğun və özlərinə xas üzmə sistemləriylə yaradılmış olmasıdır. Bütün balıq növlərində üzgəclərin yeri, sayı, forması kimi hər cür incəlik xüsusi olaraq təyin olunmuşdur. Quyruq formaları, qəlsəmə ölçüləri, dərilərindəki girinti və çıxıntılar və növlərinə xas bədən quruluşları, ehtiyaclarını ən mükəmməl şəkildə təmin edəcək xüsusiyyətlərdədir.
Balıqların təzyiq, soyuq, qaranlıq kimi çətin şərtlərdə yaşaya biləcəkləri; qidalanma, tənəffüs, qorunma kimi ehtiyaclarını asanlıqla ödəyə biləcəkləri sistemlər, olduqları mühitin bütün tələblərinə ən uyğun quruluşdadır. Kiçik bir incəlik kimi görünən fərqlərin belə yaradılışında bir hikmət vardır və bütün bunlar bu canlıların həyatları baxımından əhəmiyyət daşıyar. Məsələn, dənizin yuxarı hissələrində üzən balıqların ümumiyyətlə, yuxarı doğru uzanmış çömçə formalı ağız quruluşları vardır; beləcə üzən həşəratları və digər kiçik cisimləri rahatlıqla tutarlar. Suyun orta təbəqəsində üzən balıqların ağız quruluşu, bilavasitə təpədə, burunlarına yaxın bir yerdədir; beləcə yemlərini elə düşdüyü vaxt tuta bilərlər. Orta təbəqədəki balıqların bir qismi də, alaq otlarında otlayacaq şəkildə, aşağı meylli quruluşdadır. Dəniz laylarının alt təbəqəsində yaşayan balıqlarda isə, yastı bədənlərinin altında, torpaqdakı yeməklərlə qidalana biləcəkləri şəkildədir. Çünki bu canlılar, Uca Rəbbimizin möhtəşəm əsərləridir və yaradılışına uyğun olaraq mükəmməllik nümayiş etdirirlər. Uca Allah, bir Quran ayəsində belə bildirir:
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

