Quranda öz aləmlərində ziddiyyət tapmağa cəhd edənlərin irəli sürdükləri iddialardan biri də, ayələrdə Fironun adamlarından biri olaraq keçən “Haman” haqqındadır.
Tövratda hz. Musanın həyatını izah edən hissədə, Hamanın adı heç keçmir. Lakin Haman adı İncildə hz. Musadan təxminən 1100 il sonra yaşamış və yəhudilərə zülm etmiş bir Babil kralının köməkçisi olaraq keçir.
Öz zəif ağıllarına görə Quranı Peyğəmbərimiz (s)-in Tövrat və İncilə baxaraq yazdığını iddia edənlər, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bu kitablarda bəhs edilən bəzi mövzuları Qurana səhv köçürdüyü kimi bir cəfəngiyatı irəli sürürlər.
Halbuki, bu iddianın tamamilə əsassız olduğu Misir heroqlifinin bundan təxminən 200 il əvvəl açılıb, Köhnə Misir kitabələrində “Haman” adının tapılması ilə məlum olmuşdur. Heroqlifin aydınlaşdırılması ilə çox əhəmiyyətli məlumat əldə edilmiş oldu: “Haman” adı həqiqətən də Misir kitabələrində keçirdi. Vyanadakı Hof muzeyində olan bir abidə üzərində bu addan danışılırdı. Eyni kitabədə Hamanın Firona olan yaxınlığı da qeyd olunurdu. Bütün kitabələrə əsaslanaraq hazırlanan, Yeni Krallıqdakı Adamlar lüğətində isə Hamandan “Karxanalarda işləyənlərin başçısı” olaraq bəhs edilir.
Həqiqətən də məlum olan nəticə möcüzəvi bir həqiqəti ifadə edir. Haman Qurana qarşı çıxanların əksinə, Quranda bildirildiyi kimi hz. Musanın dövründə Misirdə yaşayan bir adamdır və Quranda bəhs edildiyi kimi Firona yaxın və tikinti işləriylə məşğuldur. Necə ki, Quranda, Fironun qüllə tikmə işini Hamandan istəməsini xəbər verən ayə də bu arxeoloji tapıntılarla tam bir uyğunluq təşkil edir:
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm. (Qəsas surəsi, 38)

