Halloween (cadugərlər bayramı)

Hallow” və “Hallowed” sözləri, Holy (Müqəddəs) mənasını verən söz kökünə aiddir (2)

“Hallow”“Hallowed” sözləri, Holy (Müqəddəs) mənasını verən söz kökünə aiddir. “Eve” sözü isə (Ərəfə) mənasını verər. Bu iki söz birləşincə “Halloweve” yəni “Müqəddəs ərəfə” deməkdir.

Bu ərəfə xristianlıqda, müqəddəs qəbul edilən bəzi Əzizlərin, 1-15 noyabr ayı arasında ildönümlərinin xatırlandığı həftənin adıdır. Bu günün HALLOWEEN (CADUGƏRLƏR BAYRAMI) olaraq çevrilib qeyd olunması, Xristianlığa girən paqanist və materialist mədəniyyətdən qaynaqlanar. Çünki bu sözlərin cadugərlərlə bir əlaqəsi yoxdur. İngiliscə “Cadugər” demək Witch və ya Witcher deməkdir.

Cadugər demək isə sehrbaz, pis adam deməkdir. Cadugərlər Bayramı adında qeyd olunan bayram, həqiqətdə Paqan dini ritualıdır. İrlandiya Mifologiyasına aid bu bayram, 31 oktyabrda yayın bitməsi və qışın gəldiyini müjdələyən və adına “Samhain” deyilən bir gündür. Köhnə Kelt (İrlandiya, Qaller, Şotlandiya xalqı) inancına görə bu gün, ölülərin və məxluqların ortaya çıxıb insanlara müsəllət olduğu gündür. Yaşayan insanlarda məxluqlardan qorunmaq üçün onların qılığına girib gizlənməsi ya da zərər verməmələri üçün onlara yemək vermələri bu Paqan inancın uydurduğu nağıllardır.

Britaniya xalqının xristianlığı qəbul etməsi və köhnə Paqan mədəniyyətləri ilə xristian ərəfəsinin eyni zamana üst-üstə düşməsi nəticəndə ortaq bir vəziyyət yaranmışdır. Bu bayram xristianlıq dini ilə bir əlaqəsi yoxdur. Onsuz da bayram şəklinə baxıldığında eynilə bir məxluq kimi “qanlı üzlər, əllər və paltarlar, ölü maskaları, cinayət alətləri, cəsəd torbaları, qorxunc zarafatlar, qatil kostyumları” ön plana çıxır.

Balqabaq oymaq, qotik geyinmək, əyləncə təşkil etmək, maska taxmaq və şəkər yığıb zarafatlaşmaq normal qarşılana bilər amma cinayəti və qanı normal göstərən hərəkətlər psixoloji və sosioloji bir problemdir. Xüsusilə uşaqların buna alət edilməsi və yetişdirilmə tərzi baxımından təhlükəlidir. Cadugərlər Bayramı məntiqində olan kino filmlərinə də baxdığımız zaman yenə qarşımıza cinayətlər, qorxu və qan çıxır. Bu cür filmlər insanın ağıl və əxlaqını pozar. Pis olmanın əyləncəli, cəsarət və zəka tələb edən, yaxşı olmanın isə qorxaqlıq və zəiflik olduğu düşüncəsinə səbəb olar.