Halalları haram etməyə çalışmaq

Münafiq, Allahın halal etdiyini haram edər

Münafiq, Allahın halal etdiyini haram edər. Münafiqlərdə və qəlbində xəstəlik olanlarda bu meydana gələr. “Öz özünüzə haramlar, halallar çıxarıb dini içindən çıxılmaz hala gətirməyin, Allah adına yalan danışmayın”. Ona görə münafiqlər və müşriklər həmişə həlak olurlar. Allah Quranda müşrik və münafiqlərin yalan və uydurmalarına diqqət çəkir.

Bu eyni zamanda xurafatçılara Allahdan bir təhdiddir. Xurafatçıların əsas xüsusiyyəti nədir? Həmişə gözəl olan şeyləri haram edərlər. (Bunlar) dində həddi aşanlar və ya məlumatı olmayanlardır. Məlumatsızca edənləri tənzih edirəm amma qəsdən edənlər ayənin hökmünə girər. Əlbəttə ki, təqdir Allahındır, bəlkə bu ayənin hökmü onlara da aiddir. Çünki bəzi insanlar məlumatsızlıqdan və yaxud ifratdan (dində həddini aşdığından), xurafatçılığından gülməyi haram hesab edir. Gülmək niyə haram olsun? Və yaxud musiqi dinləmək, Allahın halal etdiyi təmiz, gözəl geyinmək niyə haram olsun? Yəni gözünüzə xoş gələn, dadı xoş olan, bəyəndiyiniz şeyləri “haram etməyin”, haramdır deyə bunları ört-basdır etməyə çalışmayın, qadağan etməyin, insanlardan bu nemətləri almağa çalışmayın, insanları bu nemətlərdən uzaqlaşdırmağa çalışmayın “və həddi aşmayın”, Allah: “Bu bir həddir” deyir. “Bunu aşsanız, həddi aşmış olarsınız” deyir.