“O ŞƏXSİN İKİNCİ VƏZİFƏSİ, ŞƏRİƏTİ (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) İCRA VƏ TƏTBİQ ETMƏKDİR (yerinə yetirməkdir).” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
“İCRA VƏ TƏTBİQ ETMƏK”, “tətbiq etmək, qüvvəyə mindirmək, yerinə yetirmək” deməkdir. Bədiüzzaman da bu sözü ilə hz. Mehdinin, Quran əxlaqının əhəmiyyətini, əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini bütün insanlar arasında tətbiq edəcəyini və həyata keçirəcəyini ifadə edir. Bu da hz. Mehdinin İslam Birliyini meydana gətirməsi və bütün müsəlmanların liderliyini boynuna götürməsi ilə həyata keçəcək. Bədiüzzamanın dövründə olduğu kimi, dövrümüzdə hələ də Quran əxlaqı dünya səviyyəsində hakim deyil. Bədiüzzaman da bu həqiqəti xatırladaraq, bu vəzifəni hələ heç kimin yerinə yetirmədiyinə və baş verəndə də bunun, hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olacağına diqqət çəkmişdir.
Bu günə qədər Quran əxlaqı yer üzündə hakim olmamışdır. Bədiüzzaman da daxil olmaqla Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərdə gələn mücəddidlərin hər biri yaşadıqları əsri aydınlatmış və böyük imani xidmət göstərmişlər. Ancaq bu böyük İslam alimlərinin heç biri Quran əxlaqının bütün yer üzünə hakim olmasını, dinin əsaslarının və Peyğəmbərimiz (s.ə.v)- in sünnəsinin yer üzündə hakim olmasına vəsilə olmamışlar. Bədiüzzaman da bu sözləri ilə bu böyük vəzifəni hz. Mehdinin yerinə yetirəcəyini xatırlatmış və bu xüsusiyyət meydana gəlmədən bir şəxsin hz. Mehdi olmasından bəhs edilə bilməyəcəyini xatırlatmışdır.

