Hacı Zeynalabdin Tağıyev

Cəmiyyətlərdə qadınların vəziyyəti

Dünyadakı insanların demək olar ki, yarısı qadınlardan ibarətdir. İlk başda bərabər kimi görünən bu bölgünü qadınlara verilən dəyərdə və cəmiyyətdəki mövqelərində isə görmək mümkün deyil. Demək olar ki, bütün cəmiyyətlərdə qadınların təhsil səviyyəsi kişilərə nisbətən daha aşağıdır. İşləməyən qadınların sayı daha çoxdur. Qadınlar eyni işlərdə birlikdə çalışdıqları kişilərdən daha az əmək haqqı alırlar. Bütün bunlarla yanaşı inkişaf etmiş ölkələrdə belə qadınlar kişilərin zorakılığına məruz qalır. Halbuki qadına dəyər vermək, qadınları önə çıxarmaq və həyatın bir hissəsi olmalarını təmin etmək üstün keyfiyyətdir. Qadına qayğı göstərmək, qadınların gələcəyini düşünmək, şərəfini, namusunu qorumaq da gözəl əxlaqın tələbidir.

Qadınların varlığı o cəmiyyətə keyfiyyət gətirir, qadınların iştirakı ilə hər mühit gözəlləşir, daha görkəmli hala gəlir. Siyasət kimi sərt metodların istifadə edildiyi sahələrdə qadınlar iştirak etdikdə nəzakət formalaşır, anormallıqların qarşısı alınır.

Düşündürücü olan isə qadınların siyasətdəki yerinin kişilərə görə daha məhdud olmasıdır. Dünyada qadınların parlamentlərdə təmsil olunma nisbəti orta hesabla 20.9%-dir.